The.Coupleslibrary

The.Coupleslibrary
@Thecoupleslibrary
Öğretmen
ADU
Baku
Baku
23 okur puanı
Kasım 2018 tarihinde katıldı
Puan vermedi·256 syf.··
2025 8. kitabı
Yevgeni Zamyatin - Biz kitabı Qara dördləmənin ilk kitabıdır. ( Qara dördləmə - Biz, 1984, Cəsur Yeni dünya, Fahrenheit 451) Bu kitabla bu dörd kitabı da bitirmiş oldum. Distopik janrda yazılan ilk roman sayılır. Bu dövlət fərdiliyi və azad fikri sıxışdıran totalitar bir rejimdir. Əsər bizi 26-cı əsrə ~ insanların tək bir dövlətin hakimiyyəti altında yaşadığı, rəqəmlərin və düsturların hakim olduğu cəmiyyətdə fərdlərin duyğu və düşüncələrinin idarə olunduğu gələcəyə aparır. Fərqli ola bilməzsən, yaşadığın evlər belə hərşey görünsün deyə şüşədən hazırlanıb. Yalnız cinsi münasibət zamanı pərdələri çəkə bilirsən. Bunun üçün belə icazə kağızı alınır. İcazəsiz uşaq dünyaya gətirmək qadağandır, yatıb durma saatlarına da Tək Dövlət qərar verir. İnsanların adları yoxdur, hər birinə nömrələr verilir və onlar bir-birilərini bu formada çağırırlar. Bizim kimi normal həyat yaşayan insanlarla aralarında yaşıl divarlar var və bu dünya onlar üçün cəhənnəm kimi bir yerdir. Bütün bunları biz bu Tək dövlətdə yaşayan D-503 adlı bir mühəndisin dəftərinə yazdığı qeydlərdən oxuyuruq. Dövlətə bağlı olan bu mühəndis bir gün I- 330 adlı qadınla tanış olur və ona aşiq olur. I-330 ona azadlıq, yaşıl divarların arxasındakı yaşamdan danışaraq onun öz daxilində kəşf etdiyi yeni bir ruhla savaşmağına səbəb olur… Tövsiyə edirəm, distopiya sevənlərin mütləq oxumalı olduğu kitabdır.
BizYevgeni İvanoviç Zamyatin · İthaki Yayınları · 202011,9bin okunma
Reklam
Puan vermedi·256 syf.··
2025 8. kitabı
Yevgeni İvanoviç Zamyatin
7.6/10 · 11,9bin okunma
Puan vermedi·158 syf.·
2025 7. kitabı
Mihail Bulgakov
8.2/10 · 32bin okunma
Puan vermedi
Kitabda hadisələr Güney qışlaqla Quzey qışlaqda cərəyan edir. Uşaq evində böyüyən, elə uşaqlıqdan öz ayaqları üzərində durmağa çalışan, oxuyub gənc aktrisa olan Nuriyyə universiteti bitirdikdən sonra bu kəndə mədəniyyət evində işləmək üçün göndərilir. Elə ora gedərkən yolda illər öncə sevdiyi, birlikdə gələcək xəyalları qurduğu amma birdən-birə yoxa çıxan gənc leytinantı görür və qəlbinin dərinliklərində olan o sevgi atəşi yenidən qıvılcımlanır, amma bu sevinci çox çəkmir, çünki onun evli olduğunu öyrənir və onun qəlbi və ağlı ilə olan mübarizəsi başlayır.. Ah Nuriyyə… Mənim cəfakeş amma bir o qədər də səbirli, talehindən şikayət etməyən Nuriyyəm.. Bu qədər dözümlü,güclü, əxlaqlı, əsl Azərbaycan qadınına xas xüsusiyyətləri özündə cəmləyən qadın obrazını oxumaq çox xoş oldu. Kitabın bir çox yerində və xüsusilə bitirərkən göz yaşlarıma hakim ola bilmədim.. Onun etdiyi fədakarlıqları bəlkə də çox insan etməz. Mənmərkəzli yaşamın üstünlük təşkil etdiyi bu dövrdə bəlkə də kimlərsə kitabı oxuyanda onun axmaq olduğunu düşünə bilər amma sevdiyi insanın xoşbəxtliyi ilə xoşbəxt ola bilən,bir insan ahının necə ağır olduğunu,başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qura bilməyəcəyini anlamaq hər insana xas olan bir xüsusiyyət deyil. Kitabla bağlı ürəyim çox doludur amma çox uzatmaq istəmirəm. Sadəcə hamıya bu kitabı oxumağı şiddətlə tövsiyə edirəm. Ayrıca İlyas Əfəndiyevin qələmi, obrazlar vasitəsilə qurduğu o möhtəşəm ədəbi cümlələri oxuduqca ruhum qidalandı. Bəs siz bu kitabı oxumusuz? Fikirləriniz çox maraqlıdır.
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,308 okunma
Puan vermedi·248 syf.··
2020 222. kitabı
Başımıza gələn bir çox sıxıntının, tərsliklərin, xəstəliklərin və s. Dilimizdən çıxanlarla bir əlaqəsi olduğunu bilirdiz? Bilərək və ya bilməyərək dediyimiz kəlimələrin qəlbimizə, ruhumuza necə təsir etdiyini bilsək, inanin kı çox az danışmağa və danışarkən də çox diqqətli olmağa çalışarıq. Kitabı oxuduqca daha çox düşünməyi və az danışmağı öyrənəcəksiniz. Dil sadəcə dadmaq və ünsiyyət qurmaqdan başqa bir çox başqa məsələlərdə də mühim rol oynayır. Bu həm fəlakətə, həm də qurtuluşa səbəb ola bilər. Düşünürəm ki, dilin təhlükəsini unutmamaq üçün bu kitabı ara sıra açıb təkrar-təkrar oxumaq lazımdır. İmam Gazali bir sözlə möhtəşəm bir əsər yazıb.O, istər öz şərhləri ilə, istərsə də Peyğəmbərimiz (s.ə.s) başda olmaqla bir kamil insanların dil, danışmaq və ya susmaq haqqında fikirlərini ifadə edərək, susmağın nə qədər vacib olduğunu, danışarkən nələrə diqqət etməli olduğunu çox gözəl izah edir. Oxumağınızı tövsiyə edirəm.
Dil Belâsıİmam Gazali · Semerkand Yayınları · 201417bin okunma
Reklam