"Kamelyalı kadın" adını çox gördüyüm, amma oxumadığım kitablardan idi. Oxumağınızı, həyatı bir də bu yöndən görmənizi tövsiyə edirəm. Çünki, bu kitabda qınağın gücü, "pis" olduqdan sonra, çox zaman "yaxşı"ya dönmənin nə qədər və necə çətin olması diqqətə çarpır.
Həmçinin, oxunulması baxımından ilk səhifələrdən maraqlı və axıcı bir kitab olduğunu hiss edə bilərsiz. Kitabın dili də çox rahatdır.
Ümumiyyətlə bir çox kitabı oxuduqdan sonra, onlardakı hadisələr əvəzinə, mənə hiss etdiklərindən yazmaq istəyirəm. Bu kitabda da fərqli hislər yaşadım. Bəzən Armand-a hirsləndim, bəzən yazığım gəldi. Bir çox hissələrdə içimdən ona "Bunu etmə!" dedim..
Marguerite isə ağlımda çarəsizliyi, fədakarlığı ilə ən çox yer edən qadın kitab qəhrəmanlarından biri oldu..