Cəlil Məmmədquluzadə "Ölülər"
3-cü müzakirə kitabımızın olan bu kitabı oxuduqca öz uşaqlığımdan bu yana savadsız şəkildə, qulaqdan-qulağa ötürülən dini inancları və o inanclara necə əməl etdiyimi xatırlatdı. Hələ də çox ərazilərdə körpə qızların daha yaşlı insanlara ərə verilməsi, molla adı altında insanlara ağlına gələni danışıb inandıran "dindarların" möizələri, Allahın ucalığından çox sanki yaratdıqlarından asılı olduğunu irəli sürmələri və nələr nələr xatırlatdı.
Həqiqətən yaşamaq nəfəs almaqdan ibarət deyil. İdarə olunmaq, küt formada nələrsə yeridilməsi və araşdırmadan oxumadan boyun əymək yaşamaq deyil.
Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bilirəm ki, mən heç bir şeyəm. Mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mən dünyada heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb (əlini uzadıb cibindən araq şüşəsinj çıxardır) bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Amma qorxmayın, mənim əlimdən elə şeylər gəlməz. Bu araq şüşəsidir və Şeyx Nəsrullah burada gecələr bu balaca uşaqları boğanda, mən bu şüşədə araq içirdim.
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,277 okunma
Bir 2022 də oxuduğum kitabı, yaradıcısı olduğum Oxucu Klubunun oxurları ilə ilk müzakirə kitabı olaraq oxudum. Hər dəfəsində içimdə olan o adını bilmədiyim hissi tərpədir. Möhtəşəm kitabdır
Mən oxumuş qızları görmüşəm, onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur, əgər bizim qızlar oxusa, onlardan da gözəl olarlar.