Lev Tolstoy un İnsan Neyle Yaşar? dan sonra oxuduğum ikinci kitabı. İlk kitabı heç bəyənməmiş, üstəlik rus ədəbiyyatına qarşı önyargı qazanmışdım,amma bu kitab bütün qərəzli fikirlərimdən daşınmağıma yetərli oldu.
Kitabda ağır xəstəliklə mübarizə aparan İvan İlyiçin həyat, ölüm, yaşam haqqında fikirlərindən bəhs edilir.
Bu kitab və Dönüşüm kitabini oxuyarkən eyni şeyləri hiss edirdim. İvan İlyiç və Gregor Samsanın bəzi (xüsusilə ailəvi məsələlərdə) ortaq nöqtələri vardı,məncə.
İvan İlyiçin fikirləri, düşüncələri, hissləri, davranışları o qədər realdır ki, ölüm,yaşam həyatı necə yaşamalı mövzusunda düşünmüş hamıya tanış gələcəkdir.
Olduqca durğun,pessimist və monoton irəliləməsinə baxmayaq sıxılmadan oxudum. Əsərin ən ovsunlayıcı hissəsi son iki hissəsi (12 hissə idi ümumilikdə) idi mənim üçün.
Rus ədəbiyyatına maraqlı və önyarğısız başlamaq üçün yaxşı seçim ola bilər.