Tural Qədirov

Tural Qədirov
@Tural2006

Tural Qədirov

, bir kitap okudu
Puan vermedi·96 syf.·
2023 7. kitabı
Lev Tolstoy
8.2/10 · 234,3bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
8/10
·404 syf.··
2023 4. kitabı
·
20 günde okudu
·
Okunma: 30 Mart 2023 18:00
"21 Kölgə Yoldaş" "qorxu və gərilim" janrında oxuduğum ilk əsərdir. Mövzu olaraq əsasən ölümdən sonrakı həyatı ələ alan kitab, eyni zamanda, ətraf aləmdə yaşananların şəxsiyyətimizə necə təsir edəcəyi , yaşanmışlıqlarımızın iləridə verəcəyimiz qərarlara nə dərəcədə təsir edəcəyinə də toxunur. Gözlədiyim qorxu və gərilimi kitabdan ala bilməsəm də kitabla keçirdiyim heç 1 səniyə üçün belə peşman deyiləm. (Şəxsən) Həm yaş , həm də yaşadığımız dövrün bir olması ilə əlaqədar qəhrəmanlarla bağ qurmaq son dərəcə rahat oldu. Axıcı , maraqlı mövzulara toxunan və film tərzində bir əsər oxumaq istəsəniz "21 Kölgə Yoldaş" yaxşı bir seçim olmuş olar. Müəllif - Wulf Dorn'un azərbaycanlı oxucularına göstərdiyi diqqəti isə ayrıca vurğulamaq istərdim , hansı ki, 2 gün ərzində 1000dən çox oxucusunun ,bəlkə də, 3000dən çox kitabını fasiləsiz , sevinclə və hər kəsə son dərəcədə nəzakət göstərib imzalaması bunu təsdiqləyir deyə düşünürəm.
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022744 okunma
Puan vermedi·504 syf.··
2023 2. kitabı
·
48 günde okudu
·
Okunma: 23 Ocak 2023 22:13
"Kayıp Tanrılar Ülkesi" dedektiv romanı olub , Türk əsilli polis Yıldızın rəssam soydaşına qarşı törədilmiş amansız cinayəti araşdırması , araşdırma zamanı qarşılaşdığı "Neonazilər yoxsa ailə tragediyası?" kimi çətin suallara cavab axtarışından bəhs edir. Müəllifin kitabı yazmaqda əsas məqsədlərindən biri (özünün də qeyd etdiyi üzrə) yüksək tarixi əhəmiyyəti olan Berqama şəhərinin vaxtilə dəyərinin anlaşılmaması və mifoloji baxımdan baxımdan dəyərli qazıntıların almanlara satılmasına diqqət çəkmək idi. Hansı ki, sözügedən tarixçə kitabda da öz əksini tapıb. Kitabın özünə gəldikdə isə , orta bir dedektiv janrı həvəskarı olaraq kitabı oxuyarkən sıxıldığım yerlər çox az oldu. Çünki kitabda təkcə qatilin axtarılması ilə yetinməyib , eyni zamanda Yunan mifologiyası və insanlığın üz qarası olan irqçilik mövzusuna geniş yer verilirib. Sıxıldığımı hiss etdiyim yerlər isə sonlara yaxın - hekayə-mifologiya əlaqəsinin yavaş-yavaş qopmağa başladığı hissələrdə oldu. Dan Brown qələmini sevənlər üçün tövsiyə olunur. Son olaraq, əsər mənə orjinal dildə yazılmış kitab ilə tərcümə olunmuş kitab arasındakı böyük fərqi xatırlatdı. Bunu oxuduğum hər sətirdə hiss etdim..
Kayıp Tanrılar ÜlkesiAhmet Ümit · Yapı Kredi Yayınları · 202328,1bin okunma
Puan vermedi
"Artık Hiçbir Yer Ev Değil" yazıçı John Boyne'nun çox sevilən əsəri olan "Zolaqlı Pijamalı Oğlan"ın təsirli , sürprizlərlə dolu və dərindən yazılmış olan davam kitabıdır. Keçmişlə gələcək arasında səyahət edən özünəməxsus hekayə anlatmaq tərzi ilə yazıçı təkcə günahkarlıq və günah şərikliyinin psixoloji mürəkkəbliklərini araşdırmaqla qalmayıb, eyni zamanda müharibədən sonrakı vəziyyəti və onun həm qurban, həm də canilərdə olan təsirini aydın şəkildə təsvir edib. Bu davam kitabında Gretel kimi tanıdığımız "Ümidsiz dava" özünü tez-tez lənətli keçmişindən qaçan vəziyyətdə tapır , keçmişi isə Gretelin doxsanlı yaşlarına qədəm qoymasına baxmayaraq onun ardını buraxmaq niyyətində deyil. Günahlarının kəfarətini ödəmək arzusu ilə yanıb tutuşan qəhrəmanımızın bir gün yaşadığı binaya təzəcə köçmüş qonşularının onun həyatında dönüş nöqtəsi rolunu oynacağından xəbəri yox idi. Bu nöqtə onun yenə həmişəki kimi keçmişindən qaçağınımı , yoxsa hər şeyə rəğmən keçmişi ilə üzləşib üzləşməyəcəyini müəyyən edəcək. Həm John Boyne oxumağı sevənlərə , həm də "Zolaqlı Pijamalı Oğlan"dan zövq almış bütün oxuculara tövsiyə edirəm. Müəllif və nəşriyyata isə təşəkkürlərimi bildirirəm. Tərcümə etdi : Zurnalarbenimiçinçalıyor Not: İlk kitab qədər olmasa da (çünki mövzu birinci ilə müqayisədə sadə deyil və uşaq ədəbiyyatı auditoriyasının daha geniş olduğunu nəzərə alsaq , sözügedən kitab bu kateqoriyaya aid deyil) inanıram ki, "Artık hiçbir yer ev değil" kitabı da öz dilimizə tərcümə olunduqda maraqla qarşılanacaqdır. Bu incələmənin yazıldığı tarixdə kitabın orijinal nəşrindən sadəcə 2 ay keçmiş olur , dolayısı ilə hələki ki, kitabı öz kitab mağazalarımızdan , ana dilimizdə əldə etmək mümkün deyil.
Artık Hiçbir Yer Ev DeğilJohn Boyne · Delidolu Yayınları · 2023977 okunma