Əlbətdə, adi bir yolçu mənim gülümə baxıb fikirləşə bilər ki, oda eynilə sizlərə oxşayır. Ancaq o tənha gül sizin hamınızdan mənə daha əzizdir. Bir halda ki, onu məhz mən sulamışam. Sizləri yox, məhz onu şüşə örtüklə örtmüşəm. Məhz onun şikayətlənməsinə, özünü öyməsinə və hətta bəzən susmasına da mən qulaq asmışam. Çünki, o, mənim qızılgülümdür, özümündür.
“Milyonlarla ulduzun heç birində olmayan yeganə çiçəyi sevirsənsə, kifayətdir: göyə baxırsan, özünü xoşbəxt sanırsan. Sonra özünə deyirsən: “Mənim çiçəyim oralarda yaşayır…”