Ürəyimiz eynən bu dəyirman kimi çax-çax eləyərək işləməkdədir. Görürsüzmü, illər dəyirmanın pərlərində necə qaramtıl izlər qoyub?! Bərk şaxtalar, güclü istilər o pərləri çatladıb... Başqalarının etdiyi pisliklər, dönüklük, xəyanət də bizim ürəklərimizdə eynən çat izləri qoyur.