Farida Valiyeva

Farida Valiyeva
@Valiyeffa01
Bakı
Azərbaycan, 27 Ocak 2001
98 okur puanı
Mayıs 2021 tarihinde katıldı

Farida Valiyeva

, bir kitap okudu
10/10
·519 syf.··
Beğendi
·
3 günde okudu
·
2025 3. kitabı
Dan Brown
8.8/10 · 52,9bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Bir kitab, bir qədər adrenalin və gözlənilməz son
10/10
·519 syf.··
Beğendi
·
2025 3. kitabı
·
3 günde okudu
·
Okunma: 20 Temmuz 2025 11:02
"Da Vinçi Şifrəsi"ni oxumağa başlayanda açığı, bir az peşman olmuşdum. İlk 30-40 səhifən çox sıxıcı gəldi, atmaq istədim. Amma içimdə bir səs dedi ki, yarımçıq qoyma, davam et. Və yaxşı ki, davam etmişəm. Kitab irəlilədikcə adrenalin yüksəldi, hadisələr açıldıqca marağım daha da artdı. Elə gün oldu ki, gecə saat 3-də belə kitabı qapatmaq istəmədim. Özümü elə bil Sofi və Lenqdonla birgə qaçışın içində hiss edirdim. Ən maraqlı tərəfi isə Qraal sirri ilə bağlı fərziyyələr idi. Mariya Maqdalina haqqında oxuduqlarım, İsanın nəslinin davam etməsi iddiaları, Da Vinçinin əsərlərində gizli detallar - bütün bunlar məni çox düşündürdü. Hətta kitabı oxuya-oxuya təkcə Google-a baxmadım, İncilə belə göz gəzdirdim. Sonuncu Şam Yeməyi tablosunu açıb o qadının kim olduğu ilə maraqlandım, Vitruvian insanı, fi (φ) ədədi, şifrələmə üsulları, Etbaşı, Sezar şifrəsi - hamısını araşdırdım. Kitabı sadəcə oxumadım, araşdıraraq oxudum və bu hiss mənə çox maraqlı gəldi. Amma içimdəki əsas sual bu idi: Bütün bu ölüm, bu qədər planlar, qətllər - bunun sonu nə olacaq? Sirr nədir? Oxuduqca gözləntilərim artdı. Elə bilirdim ki, axırda dünyanı dəyişəcək bir həqiqət ortaya çıxacaq. Amma sonda anladım ki, bəzən bu qədər böyük hadisələrin, bu qədər sirrin arxasında insanın gözləntisindən daha sadə bir həqiqət dayanır. Bəlkə də bu kitabın əsas mesajı budur: Sirrin arxasınca qaçanların çoxu elə yolda ilişib qalır. Çünki həqiqət çox zaman sadədir. Oxumaq istəyənlərə tövsiyəm odur ki, bu kitabı oxuyanda sadəcə süjetin ardınca qaçmayın. Araşdıraraq oxusanız, özünüz üçün daha fərqli şeylər tapacaqsınız. Maraqlı və düşündürücü bir təcrübədir, oxumağa dəyər.
Da Vinçi ŞifrəsiDan Brown · Qanun Nəşriyyatı · 052,9bin okunma
Azca inamı olsa - insan möcüzələr yaratmağa qadirdir, kapitan. Bir azca inam...
Sayfa 494 - Qanun nəşriyyatı·Kitabı okudu
Siz sadəcə özünüzə inanın!
Korlar görmək istədiklərini görürlər.
Sayfa 491 - Qanun nəşriyyatı·Kitabı okudu
"Din - metaforalarla bəzədilmiş insan icadı"
Yer üzündə bütün inamlar saxtalıq üstündə qurulub. Din bizim sübut edə bilməyəcəyimiz, amma həqiqət kimi hesab etdiyimiz anlayış deyilmi?.. Bütün dinlərdə Allah metaforalarla, alleqoriya və şişirtmələrlə təsvir olunub. Qədim misirlilərdən tutmuş müasir xristian məktəblərinə qədər. Metafora elə bir şeydir ki, şüurumuzun rədd etdiyi şeyi qəbul etməyə kömək edir. Biz metaforanı hərfi olaraq qəbul etməyəndə problemlər yaranır.
Sayfa 395 - Qanun nəşriyyatı·Kitabı okudu
Din