Kaş, gözəllik insanların daxilindən qaynaqlanaydı və hər bir gözəl insanın zahiri kimi daxili də gözəl olaydı. Kaş, daxili murdarlıqdan ibarət insanların görkəmləri də daxillərindən fərqlənməyəydi. Məhz o zaman yaxşı insanlar kimlərlə -durmaq, kimlərlə münasibət qurmaq və kimləri sevməyin lazım olduğunu bilərdilər. Heç vaxt aldanmazdılar.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Ötən illəri film lenti kimi gözümüzün önündən keçirərək bir az diqqətlə düşünsək görərik ki, indiyə kimi keçirdiyimiz bütün sarsıntı, həyəcan, stress hədər imiş. Baş verən hadisə onsuz da baş verəcəkmiş və hər şey öz axarı ilə gedirmiş... əbəs yerə panikaya düşən isə ancaq biz olmuşuq.
Kim deyir ki, itirdiyin bir şeyi elə məhz itirdiyin yerdə tapacaqsan? Bəzən uzaqlarda itirdiyini lap yaxında, gözünün önündə də tapmaq olur. Əgər bir şey sənin olacaqsa, sənin zəifliyinə baxmayaraq, o, mütləq nə vaxtsa, sənin üçün gələcək. Yox, əgər o, sənə məxsus deyilsə, sənin gücünə, cəhdlərinə baxmayaraq, heç vaxt sənin əlinə yetişməyəcək.
Tənhalıq acı dərddir, insanı ağlagəlməz hallara sala bilər. Adətən, tənha adamlar zaman keçdikcə öz-özlərinə danışmağa başlayır, yanlarında hansısa müxatəbin olduğunu zənn edirlər. Həqiqi həyatdan başqa, özlərinəməxsus qeyri-həqiqi bir ortam yaşayırlar.