Farida Valiyeva

Farida Valiyeva
@Valiyeffa01
Bakı
Azərbaycan, 27 Ocak 2001
98 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Bütün həyat, bir böyük yarmarka teatrının səhnəsidir. Burada hər şey saxtadır: güzgü yerinə tənəkə parçası, mərmər yerinə rənglənmiş kağız, brilyant yerinə isə rəngli şüşələr işlənir.
Sayfa 179 - Qanun Nəşriyyatı·Kitabı okudu
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Milyonlarla insan ayrıca götürüləndə əqli və ruhi baxımdan kütdür. Qarınları üçün yaşayırlar. İşləməyə nifrət edirlər. Özlərinə vurğun, özbaşına, əxlaqi cəhətdən natəmizdirlər, ancaq başqalarının onları ağıllı, savadlı, təmannasız həyatın ideya üzrə qurucuları hesab etməsini istəyirlər.
Sayfa 177 - Qanun Nəşriyyatı·Kitabı okudu
- Çünki insanlar qəhrəman deyillər. Onlar Yer adlanan böyük peyin qalağında eşələnən peyinqurdu, bütün işıqları görməyə gözü olmayan köstəbəkdirlər, çünki bu işıqlar onların gözlərini qamaşdırır. Adamlar şirin yalanlari sevir. Bütün nazirlər və rəislər onlara göstərilən yaltaqlığı sevirlər. Özləri kobud, zorakı, yırtıcı və tənbəl milçəklər kimidir, ancaq özlərinin müdrik, böyük, xalq atası adlandırılmasını istəyirlər.
Sayfa 177 - Qanun Nəşriyyatı·Kitabı okudu
Hamı həyatın ağırlığından, əzabından, gətirdiyi uğursuzluqlardan danışır, ancaq heç kim bu həyatı lazım olduğu kimi qurmaq, daha yaxşı etmək üçün çalışmaq istəmir. Sanki hamımız həyata kənardan tamaşa edirik və hər şeyi mühakimə edən hakimlik səlahiyyətimiz var. Hamı böyük işlər, böyük insanlar, böyük sevinclər tələb edir, bu yanğıyla yaşayır, ancaq heç kim özünü və ətrafındakı həyatı heç olmasa adi bayağılığından, axmaqlığından və heçliyindən, heç olmasa bir millimetr yüksəyə qaldırmaq barədə düşünmək istəmir. İnsanlar vicdansız borclulara bənzəyirlər: hamılıqla, istənilən üsulla borclarını ödəməkdən boyun qaçırırlar.
Sayfa 164 - Qanun Nəşriyyatı·Kitabı okudu
İsa Məsih: "Allahı xatırla", "yaddaşını Allahın yüzlərlə mənası, xüsusiyyəti və hökmləri ilə doldur"- demirdi. İsa Məsih daima bunu öyrədir və təkrarlayırdı: sev, sev, sev! İnsanları sev! İstənilən insanı sev! Hər bir canlını sev! Bütün dünyanı sev: ağacı da, dağı da, çöldəki qum dənəsini də, göydəki ulduzu da sev. Hər şeyi sev! Hər şeyə həyat verəni sev! Tanrını və öz yaxınlarını sev - deyirdi İsa Məsih, - və bütün İlahi Qanunların, dinin və peyğəmbərlərin təliminin mənası da elə bu sevgidir. Sevgi, başqalarıyla bərk-bərk bağlanmaq duyğusu, ətrafımızda olanların hamısıyla vəhdət-bax, insanı, adamları, xalqları və insanlığı imana gətirən budur.
Sayfa 163 - Qanun Nəşriyyatı·Kitabı okudu