Farida Valiyeva

Farida Valiyeva
@Valiyeffa01
Bakı
Azərbaycan, 27 Ocak 2001
98 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Xalq kütlələrinin əsas və başlıca hissəsinin maariflənməməsi dövlətin bağışlanmaz günahıdır: bunun nəticəsində dövlətin öz-özünü qarət etməsi, dağıtması və təhqir etməsi baş verir.
Sayfa 133 - Qanun Nəşriyyatı·Kitabı okudu
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
- Ölkə əhalisinin böyük hissəsinin cahil və kobud olmasına dözmək utanmazlıqdır. Mədəniyyət günəşinin işığıyla aydınlanan, gözləri açılan, savadlı insanlar üçün bu vəziyyətə laqeyd qalmaq bağışlanmaz və böyük cinayətdir. Dövlət özünü yuxarı mərtəbələrində hündür tavanı, geniş pəncərələri olan böyük və işıqlı otaqlardan ibarət, aşağı mərtəbələrində isə, qaranlıq, nəmli, darısqal zirzəmili, demək olar, pəncərəsiz otaqlı hündür qülləyə bənzətməməlidir.
Sayfa 133 - Qanun Nəşriyyatı·Kitabı okudu
İnsan, onun dühası, xeyirxah iradəsi və müdrik ağlı təbiətin bütün qara qüvvələrindən güclüdür.
Sayfa 115 - Qanun Nəşriyyatı·Kitabı okudu
Tələbələrinizə, ali məktəbi bitirməyin ustalıq diplomu almaq deyil, bütün ölkəni əxlaqi və əqli baxımdan işıqlandıran bir mərkəzi stansiyanın həlledici detalı olmaq, ya da şam kimi yanıb ömrünü xalqın düşüncəsinin işıqlanmasına, aydınlanmasına fəda etmək olduğunu deyin.
Sayfa 112 - Qanun Nəşriyyatı·Kitabı okudu
Lev Tolstoy yaxşı deyib: "Həyatını lazımınca qura bilməməyin" ən başlıca səbəblərindən biri hamının "həyatını lazımınca qurmaq" istəyib, ancaq heç kimin həyatın özünü "qurmaq" istəməməsiylə bağlıdır. Hamı həyatdan nəsə götürmək istəyir, ancaq heç kim ona nəsə vermək barədə düşünmür. Həyata təkəbbürlü, talançı ,istismarçı, qaniçən kimi atılırlar. Həyatin mənasını bu cür qaniçənlikdə görürlər.
Sayfa 86 - Qanun Nəşriyyatı·Kitabı okudu