Нep gücünü așan șeyler yapmak isteyen ve bunların gücün aștığını hemen fark edemeyen... özürlü bir Tanrı.Saatleri yapan, ama saatlerin ölçtüğü zamanı yaratamayan bir Tanrı.
Peki ama insanın zamanın akışını ölçen, kâh parçalanan kâh yeniden bir araya getirilen bir saat olması? Mekanizmasında -tasarımcısı çarklarını
döndürdüğünde- çarkların ilk hareketiyle birlikte umutsuzluğun ve aşkın harekete geçtiği bir saat olması? insanın yinelendikçe komikleșen, komikleştikçe derinleșen ișkenceyi kendisinin yinelediğini bilmesi? İnsan varoluşunu yinelemeliydi... tamam ama bunu bir sarhoşun müzik kutusuna durmadan
madeni para atarak klișe bir ezgiyi sürekli çalması gibi mi yinelemeliydi?
Elmi-fantaziya , fəlsəfi mövzular, insanın özünüdərk etmə məsələsi, əxlaqi dilemmalar və s. Yan-yana gələndə elmi-fantaziya digərlərinə uzaq qalır amma bu əsərdə bunların hər biri son dərəcə ustalıqla işlənib.
Bu əsər Lemin ədəbiyyatından oxuduğum 3-cü əsər oldu və digər əsərlərində olduğu kimi bu əsəri də orjinallığı və quruluşu ilə məni sözün əsl mənasında məst elədi. Bu məqamda əsəri 2 əsas hissəyə ayırıb bunlar haqqında ayrılıq da danışmaq daha məqsədəuyğun olar.
İlki sözsüz ki Lemin incəliklə qurulmuş dünyası , elmi terminologiyası və bunların məntiqi uyğunluğudu. Əslində bu bəzi oxurlar üçün ağır ola biləcək bir məsələdi çünki bu əsərdəki terminologiya daha mürəkkəb bir konstruksiyaya sahibdi və yavaş-yavaş oxunması daha yaxşı olar. Ancaq ümumi baxıldıqda əsasən fizika elminin sonuna qədər işlədərək yaratdığı qurğular , kosmik gəmilər və ən əsası solaris oxunulan zaman insan təxəyyülündə rahat şəkildə formalaşa bilir.
2-ci hissəyə gəldikdə işlər biraz qarışır.(1-2 ci hissələr kitab daxilində olan bir məqam deyil sadəcə detallandırma daha rahat olsun deyə qeyd etmişəm) burada baş personajın qarşılaşdığı insanlar , planetin əsas sakini olan okean və xatirələr hekayənin əsas axınını yaradır. Və bu qarşılaşmalar yanaşı planeti araşdırma missiyasının icrası zamanı artıq biz əsərin fəlsəfi hissələri ilə qarşılaşırıq ki bunlar, Tanrı məsələsi, əxlaq məsələləri , insan varlığının önəmi, ümumi cəmiyyətin Tanrı və din yaratmağa olan meyli və daim öz içində bölünməsi kimi məsələlərdi.
Əslində haqqında çox danışmaq olar amma məncə oxunub anlaşılmalı olan kitablardandı. Ona görə də daha çox detala girmədən kitabdan çox sevdiyim bir ifadə ilə bitirəm.
Saatleri yapan, ama saatlerin ölçtüğü zamanı yaratamayan bir Tanrı.