Vüsal Ələkbərzadə

Vüsal Ələkbərzadə
@Vusal_13
İg:vusal.elekberzade
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Bakı
Bakı, 31 Ağustos 2003
59 okur puanı
Ocak 2022 tarihinde katıldı
Sadəcə Möhtəşəm.
10/10
Elmi-fantaziya , fəlsəfi mövzular, insanın özünüdərk etmə məsələsi, əxlaqi dilemmalar və s. Yan-yana gələndə elmi-fantaziya digərlərinə uzaq qalır amma bu əsərdə bunların hər biri son dərəcə ustalıqla işlənib. Bu əsər Lemin ədəbiyyatından oxuduğum 3-cü əsər oldu və digər əsərlərində olduğu kimi bu əsəri də orjinallığı və quruluşu ilə məni sözün əsl mənasında məst elədi. Bu məqamda əsəri 2 əsas hissəyə ayırıb bunlar haqqında ayrılıq da danışmaq daha məqsədəuyğun olar. İlki sözsüz ki Lemin incəliklə qurulmuş dünyası , elmi terminologiyası və bunların məntiqi uyğunluğudu. Əslində bu bəzi oxurlar üçün ağır ola biləcək bir məsələdi çünki bu əsərdəki terminologiya daha mürəkkəb bir konstruksiyaya sahibdi və yavaş-yavaş oxunması daha yaxşı olar. Ancaq ümumi baxıldıqda əsasən fizika elminin sonuna qədər işlədərək yaratdığı qurğular , kosmik gəmilər və ən əsası solaris oxunulan zaman insan təxəyyülündə rahat şəkildə formalaşa bilir. 2-ci hissəyə gəldikdə işlər biraz qarışır.(1-2 ci hissələr kitab daxilində olan bir məqam deyil sadəcə detallandırma daha rahat olsun deyə qeyd etmişəm) burada baş personajın qarşılaşdığı insanlar , planetin əsas sakini olan okean və xatirələr hekayənin əsas axınını yaradır. Və bu qarşılaşmalar yanaşı planeti araşdırma missiyasının icrası zamanı artıq biz əsərin fəlsəfi hissələri ilə qarşılaşırıq ki bunlar, Tanrı məsələsi, əxlaq məsələləri , insan varlığının önəmi, ümumi cəmiyyətin Tanrı və din yaratmağa olan meyli və daim öz içində bölünməsi kimi məsələlərdi. Əslində haqqında çox danışmaq olar amma məncə oxunub anlaşılmalı olan kitablardandı. Ona görə də daha çox detala girmədən kitabdan çox sevdiyim bir ifadə ilə bitirəm. Saatleri yapan, ama saatlerin ölçtüğü zamanı yaratamayan bir Tanrı.
1000Kitap
SolarisStanislaw Lem · İletişim Yayınevi · 20181,597 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Ustaca düşünülmüş mükəmməl bir əsər.
10/10
·272 syf.··
2024 167. kitabı
·
5 günde okudu
·
Okunma: 03 Ağustos 2024 23:03
Son bir neçə ildi istər seriya halında istərsədə tək kitab formasında bir çox elmi-fantastik ədəbiyyat nümunəsi oxudum amma bu kitab qədər mükəmməlinə çox az rastladım. Kitab uzaq gələcək də keçməkdə olub, bizə ulduzlararası səyahət edə bilən bir kosmik gəminin , bilinməyən planetdə itmiş başqa bir kosmik gəminin axtarışı zamanı başına gələnlərdən danışır. Kitabın əsas mövzusu ilk baxışda çox da dərin görsənmir amma ki, yazar bu mövzu ətrafında insan təbiəti və bununla yanaşı təkamülün təbiətini çox gözəl şəkildə harmanlamağı bacarıb. Digər bir məsələ isə elmi hissəsinin çox detallı və düzgün şəkildə quruluması və bununla yanaşı məntiqi strukturunda problem olmamasıdır. Ki bu elmi-fantastika ədəbiyyatın qarşılaşılan bir problemdir. Hansı ki, Bəzi yazarlar yaratmağa çalışdığı dünyanın strukturunda etdiyi kiçik xətalar nəticəsində hekayənin süjet xəttində gözə batan böyük problemlərə yol aça bilir. Lakin bu kitab sözün əsl mənasında bu işi mükəmməl yerinə yetirib. İstər əsərdəki aparat və texnikaların təsviri, istər elmi terminalogiyanın istifadəsi, istərsədə iş strukturlarında heç bir problem gözə çarpmırdı. Əlavə olaraq da əsər daxilində olan və həyəcanla qorxunu çox gözəl şəkildə əks etdirən epizodlar əsərin insanı yoran bir məqalə bənzəri araşdırmaya çevrilməsinin qarşısını alıb. Uzun sözün qısası əsər sözün əsl mənasında möhtəşəmdi. Sadəcə janrı sevənlərin yox məncə bütün oxurların şans verməli olduğu əsərlərdən biridi.
Edebiyat
YenilmezStanislaw Lem · Alfa Yayınları · 2023698 okunma
Gözləntilərin çox ama çox üstü .
9/10
·176 syf.··
2023 14. kitabı
·
11 günde okudu
·
Okunma: 06 Şubat 2023 02:25
Məni gözləmədiyim dərəcədə şok edən bir kitab oldu. Hekayənin axışı əsas bir başroldan çox Walpurgis gecəsini başrola çevirdi. Hazırlanış etibarilə çox ustaca düşünülmüş və canlandırılmış bir hekayə idi. İstər qan dondurucu hissələri , istər fəlsəfi epizodları, istərsədə personajların 'inkişafı' çox mükəmməl düşünülmüşdü. Hər bir hissə , dialoq , hadisə və s. Əsas başrolun-Gecənin mahiyətini və dəhşətini ifadə etmək, ona məna qazandırmaq və yaşanılacaq olan vəhşiliyin dərəcəsini anlamaqda böyük rol oynadı. Dəliliyin pik həddə çatdığı , insan varlığının heyvan varlığı ilə seçilməsi imkansıza varacaq dərəcədə qarışdığı bir əsər idi. İndiyə qədər belə bir şey oxumamışdım.
Edebiyat
Walpurgis GecesiGustav Meyrink · İthaki Yayınları · 202165 okunma
10/10
·400 syf.··
2023 9. kitabı
·
3 günde okudu
·
Okunma: 20 Ocak 2023 22:10
1 yıla yakın bir süreden sonra King romanı bitirmek , özellikle de Medyum gibi şahane bir romanı bitirmek çok harika bi duygu. Kitab ister karakter gelişimi , ister olay örgüsü ve hikaye derinliği isterse de gerilim ve korku yanıyla çok mükemmel bir eser. Yalnızlık, kıskançlık, hırs ve s. Gibi duyguların insanı nasıl deli etdiği harika bi biçimde işlenmiş. Doğru bakdığınız takdirde kendi hayatınızdan bir parça ve ya duygu göre bilirsiniz
MedyumStephen King · Altın Kitaplar · 20217,7bin okunma
Fazla abartılmış kitab
5/10
·248 syf.··
2023 1. kitabı
Çok büyük bir merakla başlayarak Hayal kırıklığı ile bitirdim. Sırf popüler kültürün ürünü olduğu için bu kadar abartılmış. Hikayesinin karmaşık ve alakasız yerleri, açıklama beklediyim qarip tabirleri ve s. Kitapdan soyumama neden oldu. Fazla derinlik aramıyorsanız kafa dağıtmak için iyi bir kitap. Puan olarak 5.5
2023 Okuma Raporları
Otostopçunun Galaksi RehberiDouglas Adams · Alfa Yayıncılık · 20209bin okunma