Xanım İsmayılova

Xanım İsmayılova
@Xanmm
Ağıl hazır deyilsə, göz görə bilməz...
Öğrenci
Mars
15 Ekim
8 okur puanı
Mart 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
Kitabı "pdf" dən oxuyanlara gəlsin :)) (mənim kimi)
Saralmış kağızlar, Sarı vərəqli kitablar uzaq düşüb bizdən. Oxuyarkən kitabı, Arxa fonu sarı edək ən azından, Bəlkə hiss etmədik o zaman Kağız vərəqləmədiyimizi. Nə də olsa, əlimizi sürüşdürürük Ekran üzərində Vərəq çevirircəsinə...
Sayfa 77·Kitabı okudu
Reklam
Bəs niyə sevərik?...
Biz yağışın ətrini sevərik, Amma deyəsən, o torpağın ətiridir. Bəs niyə sevərik? Sevdiklərimiz torpağın altında... Onların ətrimi bu?
Sayfa 75·Kitabı okudu
Hayat ve İnsan
~Şizofrenlik Saturn~
Nə də olsa, biz tanrını axtarmadıqmı göylərdə? Nə də olsa, biz inanmadıqmı göydəkinə?
Sayfa 73·Kitabı okudu
Həyat sənin, seçim sənin...
"Tanrı mərhəmətlidir, amma bir o qədər də qəddar. Bağışlandı bütün günahların. Sevinmə. Hələ cənnətlik deyilsən. Ağ bir vərəqsən. Hər şey sənin əlində bundan sonra Seçimini et. Mən sənin vicdanınam. Sənsə yuxudasan. İndi oyan. Və həyatını seç. Ya uzadılan əli tut və ayağa qalx, Ya da öldür özünü, hər şeyi məhv et. Seçim sənin, Həyat sənin. Sənin əllərində..."
Sayfa 39·Kitabı okudu
Duygu ve Düşünce
Beş mərtəbəli binanın altıncı mərtəbəsi-6.fəsil
...Reproduktordan musiqi eşidildi. Qadın müğənni həzin və yorğun səslə kədərli bir mahnı oxuyurdu. Təhminə dedi: -Bilirsən bu nə mahnı idi Zaur? -Yox. -Qədim gürcü mahnısı. Bütün bu gün və gecə ərzində ilk dəfə olaraq yavaş və qəmli-qəmli əlavə etdi: -Mən olmayanda birdən bu mahnını eşitsən hər şey yadına düşəcək. Moskva, bu gecəmiz... "Mən olmayanda"-deyə Zaur onu yamısladı. Yenə başladın? -Bilirsən, həyatdır, hər şey ola bilər. Sən başqa qadınlarla da ola bilərsən və lap yəqin olacaqsan da... Amma bu cür olmayacaq Zaur, heç kəslə olmayacaq birdə, mən bilirəm. Ayrı cür ola bilər, bəlkə daha yaxşısı, amma bu cür yox... Ola bilməz ki, hər şey bax beləcə təkrar olsun. Domodedovo meşəsindəki quşlar da, o küçədəki cərimədə, bu qədim gürcü mahnısı da... Bu bizimdir, ancaq bizim... Başqa heç kəsin... Onunçün də mən arxayınam... ...Düz çıxdı Təhminənin sözləri...
Sayfa 194 - Təhminə·Kitabı okudu
Aşk
Reklam