Kübra

Kübra
@Xedijafari
Puan vermedi·224 syf.··
2026 4. kitabı
Bu kitab subaylar üçün nəzərdə tutulsa da, evli cütlüklərin də oxumasını tövsiyə edirəm. Lakin bir şərtlə ki, bunu bir-birini mühakimə etmək üçün deyil,.münasibətlərindəki nöqsanları görüb düzəltmək üçün etsinlər. Doğan hoca əsərlərini böyük sevgi ilə oxuduğum və dinlədiyim bir psixoloq-yazardır. O, bu kitabında da insanın özünü və partnyorunu kəşf etməsi barədə çox dəyərli fikirlər paylaşıb. Mətndə müəyyən təkrarlar olsa da, kitab kifayət qədər axıcı və öyrədicidir. Əsərin ən maraqlı cəhəti isə oxucu məktublarına yer verilməsidir.
Duygu ve Düşünce
Evlenmeden ÖnceDoğan Cüceloğlu · Remzi Kitabevi · 20217,4bin okunma
Reklam
Puan vermedi·404 syf.··
Beğendi
·
2026 2. kitabı
Bu kitabdan həyat boyu tətbiq edə biləcəyim bir çox şey öyrəndim. Hadisələrə fərqli baxış bucağından baxmağı, doğruluğuna inandığım fikirlərimdəki nəhəng idrak təhriflərini görə bildim. Müəllif bir neçə sadə qayda və texnikadan istifadə edərək, insanı incidən emosional vəziyyət dəyişikliklərinin və özünə Biliscal zərər verə biləcək davranışların idarə oluna biləcəyini göstərir. O, bununla bağlı araşdırma nəticələrini və klinik təcrübələrini də əlavə edib. İnsanı sarsıdan, depressiv halları və gücsüz edən narahatlıqları azaltmaq üçün yeni və təsirli üsulları sadə bir dillə izah edir.
Duygu ve Düşünce
İyi HissetmekDavid Burns · Psikonet Yayınları · 201815,4bin okunma
Puan vermedi
92 səhifəyə necə belə möhtəşəmlik sığdıra bilinib? Kitabı ilk oxuyan da marağsız olacağını düşündüm, Aminə Sədrlə ilk tanışlığım bu kitab da oldu. Kitab o qədər möhtəşəm yazılıb ki, obrazlar o qədər gözəl seçilib ki, insan aşiq olur. Kitabdan həm tövhid haqqın da öyrənə bilərsiniz həm də təqvalı insan obrazını görə bilərsiniz. Oxumağınız çox tövsiyə edirəm..
Duygu ve Düşünce
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018146 okunma
6/10
·416 syf.··
2026 3. kitabı
"İki xalq, iki bir-birinə sığmayan xalq var: Varlı və kasıb! Geyim ölkədən ölkəyə dəyişir. Amma varlı və kasıblara münasibəti dəyişmir. Xalqın səfil həyatı da dəyişmir! Maksim Qorkinin "Ana" romanı sosialist hərəkatının nümunəsi olan, Amerikada sürgündə olarkən yazılmış kitabdır və rus inqilabına qədər fəhlə sinfinin kasıb həyatından bəhs edir. Kitabı bitirdikdən sonra özünüzü sosialist hiss edə bilərsiniz:)
İnsan ve Duygular
AnaMaksim Gorki · Evrensel Basım Yayın · 201634,3bin okunma
Puan vermedi
Qərbin bizə aşılamaq istədiyi yanlış bir qadın dəyəri var və bu kitab da o dəyərlərin nə qədər yanlış olduğunu özünüz ayırd edə biləcəksiniz. Qadın dəyərini başa salan çox gözəl kitablardan biri,oxumağınız tövsiyə edirəm
Duygu ve Düşünce
Fatıma FatımadırAli Şeriati · Dünya Yayıncılık · 20061,434 okunma
Reklam