Y.Mən

"Kullandığınız kelimeler, nasıl yaşayacağınızı belirler"
Sayfa 376
Düşünce
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Ana
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər Min il də vəz edələr dəhşətü-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm əsla, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib içzimi bəyan eləyim, Əyilmərəm nə ki yer, versələr səmanı mənə. Yanımda gər dura cəllad əlində şəmşiri, Ölüm gücilə mənə hökm edə olum təslim, Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun Gücilə xalqa həqiranə eyləyim təzim? Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılıb xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o? Ana! Ana!.. O adın qarşısında bir qul tək Həmişə səcdədə olmaq mənə fəxarətdir, Onun əliylə bəla bəhrinə yuvarlansam, Yenə xəyal edərəm bəzmi-istirahətdir. Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla! Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl! Sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla! Bunlar mənə əsər eylərmi ? Mütləqa yox! Yox!- Yox!!!
"Ya Rəbb,nə bəxtiyar imiş ölənlər!.."

Y.Mən

, bir kitap okudu
Puan vermedi·80 syf.·
2023 40. kitabı
Hüseyn Cavid
8.8/10 · 365 okunma
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər, Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər. Başımdan getmədi hərgiz səninlən içdigim badə, Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.       İzzəddin Həsənoğlu