Yeganə Sevdiyeva

Yeganə Sevdiyeva
@Yeqws
Words is more strong that everybody thinks.For to express ourselves we need to read book then we'll earn words and lots of another things.
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

Yeganə Sevdiyeva

, bir kitap okudu
Puan vermedi·112 syf.·
2025 1. kitabı
Hüseyn Cavid
9.1/10 · 1.100 okunma
İ b l i s (məğrur qəhqəhələrlə) Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim, Həp Xaliqə təsbih idi, təhlil idi virdim, İlk öncə mələklər bəni təqdis ediyordu, Adəm kibi bir sayğısız axır ləkə vurdu. Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım, Allah ilə bir zikr edilir namü nişanım.
Sayfa 12 - İblis·Kitabı okudu
Edebiyat
İblisin sözləri
Arif! Bana baq, sən dəmi evhamə qapıldın? Biçarə çocuq, sən dəmi İblisə taqıldın? Dahilər, ulul’əzm nəbilər belə bəndən Hiç vəchlə təxlisi-giriban edəməzkən Daim bəni təhqir edərək əyləniyorsun... Həp söyləniyor, söyləniyor, söyləniyorsun... Bir gün gəlir, əlbəttə, şu iz’an ilə sən də Baziçə olursun qoca İblisin əlində. İblis, o böyük qüdrət, o atəşli müəmma Bir gün səni də kəndinə eylər kölə... amma Heyhat, olamaz dərdinə bir kimsədən imdad, İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad.
Sayfa 10 - İblis·Kitabı okudu
Hayat
Arifin sözləri
Dünyaları yoqdan yaratan, ey ulu Tanrı! Ey xaliqi-hikmət! Duyduqca, düşündükcə olur qəlbimə tarı Bin şübhəli illət. Duyduqca, əvət, pərdəli hikmətləri hər an, Bin dürlü həqiqət, Bin dürlü müəmmalı həqiqət bana xəndan, Həpsində də zülmət... Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan Ya şö’leyi-əcram, Olmaz şu bənim çıldıracaq könlümə əl’an Bir mənbəi-ilham. Ey varlığı yoq, yoqluğu vardan daha dilbər! Ruhum səni izlər. Lütf et, o gözəl çöhrəni bir an bana göstər, Könlüm səni özlər. Uydum da peyğəmbərlərə, qanunə, kitabə, Duydum yenə qəsvət. Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə, Həp zə’fə əlamət... Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat, Yoq rəhbəri-vicdan; Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat, Bir şö’leyi-irfan. En, gəl bana, yaxud bəni yüksəklərə qaldır, Gəzdir qonağında; Yerlərdə süründüm, yetişir, göylərə qaldır, Dindir qucağında, Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi Cənnətdə mələklər?
Sayfa 8 - Arif·Kitabı okudu
Edebiyat & Roman