Yeganə Sevdiyeva

Yeganə Sevdiyeva
@Yeqws
Words is more strong that everybody thinks.For to express ourselves we need to read book then we'll earn words and lots of another things.
İblisin sözləri
Arif! Bana baq, sən dəmi evhamə qapıldın? Biçarə çocuq, sən dəmi İblisə taqıldın? Dahilər, ulul’əzm nəbilər belə bəndən Hiç vəchlə təxlisi-giriban edəməzkən Daim bəni təhqir edərək əyləniyorsun... Həp söyləniyor, söyləniyor, söyləniyorsun... Bir gün gəlir, əlbəttə, şu iz’an ilə sən də Baziçə olursun qoca İblisin əlində. İblis, o böyük qüdrət, o atəşli müəmma Bir gün səni də kəndinə eylər kölə... amma Heyhat, olamaz dərdinə bir kimsədən imdad, İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad.
Sayfa 10 - İblis·Kitabı okudu
Hayat
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Arifin sözləri
Dünyaları yoqdan yaratan, ey ulu Tanrı! Ey xaliqi-hikmət! Duyduqca, düşündükcə olur qəlbimə tarı Bin şübhəli illət. Duyduqca, əvət, pərdəli hikmətləri hər an, Bin dürlü həqiqət, Bin dürlü müəmmalı həqiqət bana xəndan, Həpsində də zülmət... Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan Ya şö’leyi-əcram, Olmaz şu bənim çıldıracaq könlümə əl’an Bir mənbəi-ilham. Ey varlığı yoq, yoqluğu vardan daha dilbər! Ruhum səni izlər. Lütf et, o gözəl çöhrəni bir an bana göstər, Könlüm səni özlər. Uydum da peyğəmbərlərə, qanunə, kitabə, Duydum yenə qəsvət. Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə, Həp zə’fə əlamət... Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat, Yoq rəhbəri-vicdan; Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat, Bir şö’leyi-irfan. En, gəl bana, yaxud bəni yüksəklərə qaldır, Gəzdir qonağında; Yerlərdə süründüm, yetişir, göylərə qaldır, Dindir qucağında, Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi Cənnətdə mələklər?
Sayfa 8 - Arif·Kitabı okudu
Edebiyat & Roman
Mələyin monoloqu
Ya Rəb, bu nə dəhşət, nə fəlakət? Ya Rəb, bu nə vəhşət, nə zəlalət? Yoq kimsədə insafü mürüvvət, İblisəmi uymuş bəşəriyyət!?
Sayfa 8 - Mələk·Kitabı okudu
Edebiyat
İblisin ilk monoloqu
Dəryalərə hökm etmədə tufan, Səhraları sarsıtmada vulkan, Sellər kibi aqmaqda qızıl qan, Canlar yaqar, evlər yaqar insan...
Sayfa 7 - İblis·Kitabı okudu
Kitap Alıntısı
İblisin sözləri
Get,lakin o hörmət və məhəbbət Bir gün doğurur qanlı ədavət. Get,bəllidir insandakı xislət; Sizlərdəki ülfət; sonu vəhşət, Sizlərdəki şəfqət; sonu nifrət, Sizlərdəki rəhmət; sonu lənət!
Sayfa 30 - İblis·Kitabı okudu
Hayata Dair