Zərifə Əşrəfli

Zərifə Əşrəfli
@ZarifAshraf
Hayellerinde özgür
Finance
Master Degree
Azərbaycan
Bakü, 12 Ağustos 2000
167 okur puanı
Mart 2020 tarihinde katıldı
Uzun bir aradan sonra yazmaq istədim nələrsə. 5 il sonra mənə yazmağı xatırladan özümündə bilmədiyim hansısa hissetdiklərimdi səbəb. Yazarkən yadırğadığımı hiss edirəm biraz. Normaldı. Praktika edilməyən hər vərdiş, yaşanılmayan, hiss edilməyən hər hiss kimi. Normaldı. Ancaq yazdıqca xatırlayıram. Daha surətli, daha mənalı sözlər bədahətən tökülür barmaqlarımdan. Hisslərdə də eynisi mi olur görən? Olurmuş kimi hiss edirəm. Hətta daha yaxşısı olurmuş kimi. Son bir neçə ildə həyatla dəfələrlə qarşı qarşıya gəldik. O mənə söz verdi. Aldıqlarını telafi edəcəyinə. Zatən məqsədi də oymuş dediyinə görə. Daha yaxşısını verməkmiş. Mənə borclu olduğunu qəbul etdi. Və ən qısa zamanda ödəyəcəyini də əlavə etdi. Məndə susdum və gözləmə qərarı aldım . Hər zamankı kimi… Ən yaxşı bacardığım 2 şeydən biri: gözləmək kimi.. ⏳
Felsefe
Qadın olmaq çətindi.. Şəxsi məsuliyyətlərin, təhsilin, işin, ailən, əhatən, övladın.. Bunların gətirdiyi məsuliyyətlərlə paralel birdə qadın olaraq doğulmanın verdiyi məsuliyyət… Doğular doğulmaz baş ucunda oxunan “ xoşbəxt qadın olsun, ağıllı olsun, bəxti gözəl olsun“ ifadələri… Sanki ağıllı, düşüncəli olsan, taleyin gözəl olacaqmış kimi boş ümidlər, arzular.. Bütün susdurulan qadınlar, istəklərini dilə gətirə bilməyən qız uşaqları, arzularına çata bilməyən xanımlar. Və susdurulmağa çalışan qadınların timsalında 1 həftə öncə təyyarə qəzasında dünyasını dəyişən Hökümə Əliyevanın son sözləri.. “Hər kəs sakit olsun” Ümid edirəm, nə demək istədiyimi anladınız. Milyonlarla susdurulan qadına qarşılıq, tək bir Xanımın milyonları susduran son cümləsi…
Hayat ve İnsan
Mən çox unutqanam. Adları unuduram, məkanları unuduram, tarixləri unuduram. Kin saxlamadığım üçün yada salmaq cəhdlərim belə olmur. Nifrət duyğumun olmadığına əminəm, mənfi enerjilər saxlamamağa çalışıram. Bütün bu unutduqlarımın qarşılığında, heç unuda bilmədiyim tək bir hissim var mənim. Xəyal qırıqlığı… Məyus olmaq.. Geriyə dönüb baxdıqda həyatında unuda bilmədiyin ən pis gün, an, xatirə deyə soruşsalar cavabım bu hissi yaşadığım gün olardı. Bu hissi yaşamağıma səbəb olah hərşeyi unutmuşam. O an ki hadisə nə idi, necə idi, səbəb nə idi heçnə xatırlamıram artıq. Amma yaşadılan xəyal qırıqlığı hissi sanki 1 saniyə öncə yaşanmış kimi hiss etdirər və bu hissi yaşadanlarıda tamamilə silməyimə səbəb olar. Həyata qarşı hər zaman güclü duruşum olub, lakin rahatlıqla insan silə bilən biri olmamışam. Yox deyəndə utanmışam, incitməkdən qorxduğum üçün ən yumşaq sözləri seçib, bütün səhvləri öz üzərimə götürərək sağollaşmışam. Dəfələrlə dönüb geriyə baxmışam, geridə buraxdığım toparlana bilirmi deyə… Ama bu hissi yaşadanı istər dosd istər qohum ya şəxsi münasibət heç vaxt bağışlaya bilməmişəm. Beynimdə bağışlamışam, ama qəlblə yenidən nələrəsə davam edə bilməmişəm. Heç sevmədiklərimə görə dönüb geriyə baxa bilmişəm, ama sevdiklərim mənə bu hissi yaşatdığı üçün gələcəyimə qata bilməmişəm..
Hayat ve İnsan
Dünən xüsusilə səmimiyyətinə, göstərdiyi sevgiyə, qayğıya görə sevdiyim birinin yalanını gördüm. Tamamilə təsadüf oldu, şübhədə etməmişdim. Bəlkədə görməsəydim həmişə “ ən azından hər zaman dürüstdü “ -deyə düşünəcəkdim haqqında. Heç özünə yaxınlaşmadım, niyə yalan danışmısan demədim, sorğulamadım, heçnə bəlli etmədim. Sadəcə saniyələr içində soyudum və uzaqlaşdım. Əvvəl 1 addım yaxınımda olan şəxsin, indi eyni məsafədə olsaq belə əslində nə qədər uzağımda olduğunu hiss edirəm. Və ən önəmlisi ona özünü müdafiə şansı vermirəm. Aldatmağı bacarmış kimi düşünməsi və mənim hər ona baxdıqda öyrəndiyim şeyin, yaşatdığı xəyal qırıqlığının,danışdığı yalanın aramızda sərhəd olması kifayət olacaqdır. Və son olaraq gecə başımı yastığa qoyanda artıq onun haqqında heçnə düşünmək istəmədiyimi dərk elədim. Nə qədər olgunlaşdığımı düşündüm. Və ya hissizləşdiyimi…♌️
İnsan ve Duygular
Həyatın insana nələr gətirdiyini bilə bilmirik. Getdikcə daha da gözəl dərk edirəm bunu. Ən bərbad , heç vaxt düzəlməyəcək dediyim anların unudulub yerinin ən gözəlləri ilə əvəz edilməsinin verdiyi xoşbəxtliyi izah edə bilmərəm sizə. Nə olur olsun , nə baş verir versin Tanrının məni qoruduğuna olan inancım sonsuzdu. Kinsiz, nifrətsiz və ən əsası bağışlamağı bacaran bir insan olan zaman, yaşamın necə komfortlu, dadınadoyulmaz bir hala gəldiyini, o anların verdiyi hüzuru sizdə yaşamalısınız❤️‍🔥
Hayat ve İnsan