Tezliklə dəyişə bilərəm. Təkcə əhvalım deyil, məqsədlərim də dəyişə bilər. Özümü dəyişirəm, yoxsa fərqli şərtlərə və fərqli qayğılara görə eyni məsələlərlə məşğul oluram?
Qorxunc vəziyyətim məni məcbur edirdi ki, ətrafımdakı dəhşətli heçliyin üzüntüsündən yaxa qurtarmaq üçün, heç olmasa, Ağ Mənlə Qara Mən arasında iki qütbə bölünüm.
Səməd. Oqtay! Sən bir şeydə yanılırsan. Pulsuz heç bir məqsədə varmaq olmaz.
Oqtay. Mənim pulum-mənim qolum, mənim gücüm, zəhmətim, səmimiyyətim...
Səməd. Yanılırsan, Oqtay! Pulsuz, peyğəmbər ol, yenə sözlərinin qiyməti olmaz.
Oqtay. Mən sözlərimi altun əlavəsilə satmaqdansa, lal olmaq istərdim.