İlk başda xoşuma gəldi, dedim yaxşı bir detektiv oxuyacam. Yazıçının kitaba öz adından əlavələr etməsi ilk əvvəl xoş təəssürat yaratdı, çünki fərqli bir hava qatırdı. Kitab oxuyarkən kitab oxuduğunuzu hiss etməyib hadisələr gözünüzdə canlananda kitab oxumağın dadını çıxarmaq olar. Amma yazıçının tez-tez kitaba öz adından əlavələr etməsi məni kitabın ruhuna çəkə bilmədi.
Bir insan qadınlara qarşı bu qədərmi nifrət edərmiş. Məs,."Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər"(səh 36). Elə bu cümləni oxuduqdan sonra kitabın mənim üçün oxunacaq bir yeri qalmamışdı. Özümü bitirməyə məcbur elədim, oxuduqca yazıçının qadın nifrəti bir daha gözlərimi qanatdı.
Qadın CorablarıCəlil Cavanşir · Xan Nəşriyyat · 201543 okunma