İnsan bəzən sevgini deyil, sadəcə anlaşılmağı istəyir... Bəzən bir "qal" kəliməsi illərlə gözlənir, amma səssizlik hər şeyin cavabı olur. Bu kitab da həmin səssizliyin hekayəsidir–qırılmış səsin, boğulmuş duyğunun və təxirə salınmış xoşbəxtliyin.
Anar...Hər kəsin tanıdığı, amma heç kimin tam anlamadığı bir kişi. Kitablara sığınır, musiqiyə köçür qəlbi, çünki yaşadığı evdə onun səsini eşidən bir ruh yoxdur.
Huri...Seçmədiyi bir həyatın içində boğulan qadın. Sadəcə "qəbul etdiyi" bir evlilik. Bəzən evliliyin içində tənha olmaq, küçədə tək qalmaqdan daha çox üşüdür insanı...
Kahira...Başqa bir dünyanın içindən gələn qız. Onun varlığı bizə xatırladır ki, özünü tanıyan qadın heç vaxt kimisə kölgəsinə sığınmaz.
~
Bu əsər mənə göstərdi ki, xoşbəxtlik bəzən bir yerdə deyil, öz içində tapılmalıdır. Çünki...
*Hər "qalıram" dediyin yerdə bir az daha özündən uzaqlaşırsansa...
*Hər "susuram" dediyin andan sonra içində daha çox qırılırsansa...–..o zaman əldə qalan–yalnız qurban edilmiş arzuların və susdurulmuş bir ruhun olur.
Sonda hər kəs xoşbəxtliyə çata bilər.
Amma əldə qalanlar –ya bir ömürlük izdir, ya da səni içindən oyadan bir dərs...