Bir bəla-zad baş verməsə, öz əcəlimlə ölsəm, mən də bura gələcəyəm. Yenə də bir yerdə olacağıq. Qarışacağıq səninlə Sarı-Özək torpağına. İntəhası özümüzün xəbəri olmayacaq. Bunu ancaq diri olanda bilmək olur. Elə bununçün də səninlə danışsam da bu sözləri özümə deyirəm. Axı sən nə idin, indi o deyilsən. Beləcə biz varlıqdan yoxluğa gedəcəyik. Amma qatarlar yenə də Sarı-Özək torpaqlarında əvvəlki kimi hərəkət edəcək. Bizim əvəzimizə də başqaları gələcək...