" Gördüyün kimi, sənə verə biləcəyim bircə şey bu içində olduğumuz andı! Təbii ki, əslində, kimsə kimsəyə bundan artığını vəd eləyə bilməz. Amma bunu həmişə unuduruq. Gələcəyə dair planlar eşitmək istəyirik".
Əgər yalnız xoşluqları, yaxşı şeyləri toplayıb, çətinlikləri buraxsaq, buna "eşq" deyə bilərikmi?! Gözəli sevib, çirkiniəlinin arxasıyla itələmək ən asanıdı. Əsas məsələ yaxşını da, pisi də ayrıseçkilik eləmədən sevə bilməkdi. Sadəcə xoşumuza gələn şeylərə şükür eləməyə nə var ki?! Belə bir şeyi onsuz da Bəlxin itləri də eləyir. Sümük verirsən, sevinir, minnətdarlıqla quyruqlarını bulayırlar. İnsan şübhəsiz ki, bundan artığını da eləyə bilər. Yaxşının və pisin o biri tərəfinə keçmək mümkündü! Bir yer də var: bütün sifətlərin mənasını itirdiyi başqa bir ölçü!
" Başqalarından hörmət, münasibət, ya da sevgi gözləyirsən, amma bunları birinci özünə borclusan. Özünü sevməyən adamın sevilməsi mümkün deyil. Sən özünü sevdiyin halda dünya sənə tikan yolladımı, sevin. Bu o deməkdi ki, yaxında gül yollayacaq".