Denizay

Denizay
@_denizay
Nesib
" Gördüyün kimi, sənə verə biləcəyim bircə şey bu içində olduğumuz andı! Təbii ki, əslində, kimsə kimsəyə bundan artığını vəd eləyə bilməz. Amma bunu həmişə unuduruq. Gələcəyə dair planlar eşitmək istəyirik".
Sayfa 436
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Aşk
Əgər yalnız xoşluqları, yaxşı şeyləri toplayıb, çətinlikləri buraxsaq, buna "eşq" deyə bilərikmi?! Gözəli sevib, çirkiniəlinin arxasıyla itələmək ən asanıdı. Əsas məsələ yaxşını da, pisi də ayrıseçkilik eləmədən sevə bilməkdi. Sadəcə xoşumuza gələn şeylərə şükür eləməyə nə var ki?! Belə bir şeyi onsuz da Bəlxin itləri də eləyir. Sümük verirsən, sevinir, minnətdarlıqla quyruqlarını bulayırlar. İnsan şübhəsiz ki, bundan artığını da eləyə bilər. Yaxşının və pisin o biri tərəfinə keçmək mümkündü! Bir yer də var: bütün sifətlərin mənasını itirdiyi başqa bir ölçü!
İnsan
" Başqalarından hörmət, münasibət, ya da sevgi gözləyirsən, amma bunları birinci özünə borclusan. Özünü sevməyən adamın sevilməsi mümkün deyil. Sən özünü sevdiyin halda dünya sənə tikan yolladımı, sevin. Bu o deməkdi ki, yaxında gül yollayacaq".
Sayfa 197
Düşünce
Hayat
"Əsas kirlilik, zahirdə yox, batində, geyim- keçimdə yox, qəlbdə olur. Ondan başqa hər ləkə nə qədər pis görünürsə görünsün, yuyulanda təmizlənir, suyla arınır. Yuyulmaqla çıxmayan tək pislik qəlblərdə yağ bağlamış həsəd və hiylədi".
Sayfa 163
Hayata dair...!
"Allah heç bir şeyi boşa yaratmayıb. Bircə dənənin belə bu ilahi nizamda yeri var". - Dərk elədim ki, bu aləmdə təsadüfi və ya lazımsız bir şey yoxdu. Hər şey bir məqsədə xidmət eləyir.
Sayfa 177