Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qara Xəfiyyə

Qara Xəfiyyə
@_faracov_
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Bir gün gerçeklerin ortaya çıkacağına şüphe yok Memmed Emin Resulzadeh
Milli Aviasiya Akademiyası- Hüquqşünaslıq 2/4
Azərbaycan, 2 Eylül
449 okur puanı
Ağustos 2022 tarihinde katıldı
Polad Generalımız!
"...Polad Həşimovun şəklini gördüm internetdə. Ay Allah, necə nurlu üzü varmış, bir görsəniz. Niyə həmişə belə yaxşı insanlar vaxtsız ölürlər axı? -Hə,- Mahir təsdiq etdi,- mən onun haqqında eşitmişdim. Tabeliyində olan əsgərləri üçün canını verməyə hazır imiş. Əsgərləri də sevirmiş onu. Kabinet generallarından deyildi ha, əsl döyüş generalı idi, sərkərdə idi. Qarabağ müharibəsi başlayandan ilk general şəhidimiz oldu. Allah rəhmət eləsin!"
Sayfa 138Kitabı okudu
Reklam
"...Elturan sanki birdən-birə anladı ki, xoşbəxtlik dedikləri şey elə bu imiş. Səni sevən və eyni zamanda sənin də sevdiyin biri varsa..."
Sayfa 124Kitabı okudu
Cənnət anaların ayaqları altındadır...
"Bir dəfə heç sevmədiyi Saqqallı qonşuları həyətdə Mahirə dedi ki, səni Rəşadla pivə içən gördüm, buna görə sənin yerin cəhənnəmdir. Anası bu sözləri eşidirmiş. Həyətə çıxıb kişinin cavabını özü verdi: -Sən peyğəmbərimizdən çox bilirsən, ay qardaş? Mahir bu yaşına kimi bircə dəfə xətrimə dəyməyib, həmişə qayğıma qalıb, deməli, onun yeri cənnətdə hazırdır"
Sayfa 110Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
"...Müsəlman olmağı elə çətinləşdiriblər ki, istəsək də, müsəlman ola bilmirik"
Sayfa 110 - Yasəf müəllimKitabı okudu
"Nə Mahir, nə ailəsi dindar idilər. Yalnız bir müsəlman kimi Allahın adını tutur, peyğəmbəri tanıyır, ən vacib şərtlərə təmənnasız, içdən əməl edirdilər. Özgə malına göz dikmir, haram yemir, qeybət etmir, kiminsə pisliyini istəmirdilər. İndi Allah deyəcəkdi ki, namaz qılmırsız, həcc ziyarətinə getmirsiz, pis bəndəsiz? Heç ucaların ən ucası Allah belə düşünərdimi?"
Sayfa 110Kitabı okudu
Reklam
"Məni ən çox yandıran bilirsiz, nədir? Öldürülənlərimizin yerinə yeniləri doğula bilər, əlimizdən çıxmış azadlığı burda qaytardıq, cənubda da qaytararıq, Qarabağı da geri ala bilərik, amma bu düşmənlərin ucbatından itirdiyimiz o qədər çox şey var ki, onları bir də heç vaxt geri qaytara bilməyəcəyik..."
Sayfa 58 - Yasəf müəllimKitabı okudu
"Bir də bunu öyrəndi ki, pis adamlar həmişə hər yerdə olub, var, olacaq və əgər bütövlükdə dünya, ayrılıqda onun ölkəsi, xalqı hələ məhv olub getməyibsə, hələ yaşayırsa, bu yalnız bir qrup yaxşı insanların hesabınadır"
Bir fahişənin sözləri... Sonuna qədər haqlıdır...
"Oğlu Farik fırıldaqçının yekəsidir. Üstəlik narkotik sataraq camaatı zəhərləyir. Əsl şərəfsiz odur, ya mənəm? İxtiyar taksisinə minən məhəllə qadınına sulanır, bəlkə, o şərəflidir? Ya arvadını qara torbanın içinə salıb gəzdirən o saqqallı gədə? Bəlkə, Atabala şərəflidir, hə? Atamın qəbrinə and olsun, mən ondan yüz dəfə namusluyam, şərəfliyəm. Millətin qanını soraraq milyonlar yığıb özünə"
Sayfa 35 - ZaraKitabı okudu
"Yasəf müəllim Atabala kimiləri "uzunqulaq" adlandırıb deyirdi ki, bu uzunqulaqlar sadə bir şeyi anlamırlar ki, bu günə qədər dünyaya gəlmiş insanların hamısının öldüyü kimi onlar da mütləq öləcəklər və öldükləri an bütün ömürləri boyu yığdıqlarının hamısı bircə saniyədə əllərindən çıxacaq"
"Evlərində hər dəfə yemək süfrəsi yığışanda bu sözləri mütləq deyirdi: "Şükür Allah, sən yetir, halalından bol yetir, haram loxma yetirmə" "
Reklam
Rusca danışmağı fəxr bilənlərə...
"Yasəf müəllimin maraqlı fikri vardı: "Bu nadanlar anlamırlar ki, hər xalqın öz dili olduğu kimi rus dili də bir xalqın danışıq dilidir və o xalqın alimi, yazarı, məmuru ilə yanaşı çöldə donuz otaran, sivilizasiyadan uzaq yerlərdə yaşayıb dünyadan bixəbər olan və ya əyyaşlıq edib küçələrdə yatan insanları da eynən bu dildə danışırlar..." "
"Yadına Yasəf müəllimin nə vaxtsa dediyi bir söz düşdü. O demişdi ki, bütün qadınlarda az, ya çox dərəcədə həya var, kimisində bu bütün varlığına hopub, davranışlarını idarə edir, kimisində isə dərin qatlara çəkilərək görünməz olub və yalnız nadir hallarda gizləndiyi yerdən sızıntı verərək özünü göstərir"
"...Bu zəmanədə özünü arsızlığa qoya bilməyənlər ya dəli olub dəlixanaya düşməlidir, ya infarkt olub ölməlidir, ya da özünü asmalıdır"
Sayfa 15 - NiyazKitabı okudu
"-Sən şəhidsən? -Hə, mən şəhidəm!.. -Ölmüsən? -Görürsən ki, ölməmişəm. Şəhidlər ölmürlər..."
"...Lakin intihar özlüyündə bir qisasdır. Sənə xəyanət edənlərdə suçluluq duyğusu yaratmaq üçün"
Sayfa 650 - EuneKitabı okudu
3.558 öğeden 3.436 ile 3.450 arasındakiler gösteriliyor.