Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qara Xəfiyyə

Qara Xəfiyyə
@_faracov_
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq ~ Məmməd Əmin Rəsulzadə
Milli Aviasiya Akademiyası- Hüquqşünaslıq 2/4
Azərbaycan, 2 Eylül
436 okur puanı
Ağustos 2022 tarihinde katıldı
160 syf.
8/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
"...İşini bitirən kilsə xidmətçisi qrafinya dö Sen-Fiakra baxdı. Üzündəki ifadədən tərəddüd etdiyi görünürdü. Həmin an Meqre hərəkətə keçdi. İkisi də qadına yaxınlaşdı. Qrafinyanın əlləri ilə örtdüyü üzünə baxmağa çalışaraq onun bu cür hərəkətsiz qalmasına təəccüblənirdilər. Görüntüdən həyəcanlanmış Meqre qadının çiyninə toxundu. Elə həmin an qadının bədəni boşluqda müvazinətini itirdi və yerə düşərək hərəkətsiz qaldı. Qrafinya dö Sen-Fiakr ölmüşdü. Meyiti kilsə xidmətçisinin otağına aparıb cərgə ilə yan-yana qoyulmuş üç stulun üstündə uzatdılar. Kilsə xidmətçisi həkim gətirmək üçün tələsik kilsədən çıxdı. Meqre buradakı vəzifəsinin qeyri-rəsmi olduğunu unutmuşdu. Odur ki, keşişin həyəcan dolu baxışlarını ona sual və şübhə dolu ifadə ilə zilləməsinə əvvəlcə məna verə bilmədi. -Siz kimsiniz?- keşiş dayana bilməyib soruşdu,- siz burada... -Cinayət İşləri üzrə İdarədən komissar Meqre..."
Georges Simenon
Georges Simenon
Komissar Meqre/Sen-Fiakrın Cinayət İşi
Komissar Meqre/Sen-Fiakrın Cinayət İşi
Komissar Meqre/Sen-Fiakrın Cinayət İşi
Komissar Meqre/Sen-Fiakrın Cinayət İşiGeorges Simenon · Qanun Nəşriyyatı · 20185 okunma
Reklam
296 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
"...Nikolay düşüb maşının qapısını açdı. Rinat adəti üzrə pencəyinin düyməsini bağladıqdan sonra maşından endi. Anzor dönüb onlara baxırdı. Yaxınlıqdan yaşlı bir qadın keçirdi, əlində ərzaq dolu torba vardı. Rinat bir addım yana çəkilib Nikolayın arxasına keçdi. Nikolay da yaşlı qadına yol vermək üçün bir addım geri çəkildi. Onlar bir xətt boyunca dayanmışdılar. Elə bu vaxt atəş açıldı. Nikolay heyrətlə atəş açanlara tərəf baxdı və yavaş-yavaş yerə sərildi. Sinəsində iki qan ləkəsi əmələ gəldi və ləkələr sürətlə böyüməyə başladı. Rinat qolunda güclü bir zərbə hiss etdi, qeyri-ixtiyari aşağı əyildi. Anzor silahını çıxartdı və çığıraraq Rinata dedi ki, Nikolayın yanında yerə uzansın. Yenə bir neçə dəfə atəş açıldı. Rinat korlanmış pencəyinə baxdı. Əvvəlcə yalnız pencəkdə açılan və onu tamamilə yararsız hala salan dəliyə görə məyus olmuşdu. Sonra dəliyin ətrafına yayılan ləkəni gördü və əlini vuranda bunun qan ləkəsi olduğunu anlayıb təəccübləndi..."
Çingiz Abdullayev
Çingiz Abdullayev
Oliqarxın Varisi
Oliqarxın Varisi
Oliqarxın Varisi
Oliqarxın VarisiÇingiz Abdullayev · Teas Press · 030 okunma
80 syf.
7/10 puan verdi
·
3 günde okudu
"...Amma sizdən sonra başqası gəlib, qocanı görüb və mümkündür ki, həmin şəxs ötən bütün müddətdə sizi izləyib. O qocanın ölümünü istəyən adam olub, incik düşüb hiddətləndiyinə, qəzəbləndiyinə görə, deyil, müəyyən bir niyyətlə qocanı qətlə yetirib. Çox güman ki, bu zaman o vəsiyyətnaməni nəzərdə tutub. Axı məhz o sizdən sonra qocanın yanında olub və onu öldürüb, daha sonra ayaqlarını üzəngiyə ilişdirib və atı vurmağa başlayıb ki, artıq ölmüş qocanı sürüsün. Əgər o keçdiyi cığırda unudub qoyduğu nəsə olmasa idi, əlbəttə, hər şey yaxşı ola bilərdi..."
William Faulkner
William Faulkner
Tüstü
Tüstü
Tüstü
TüstüWilliam Faulkner · Qanun Neşriyat · 2016112 okunma

Okur Takip Önerileri

Tümünü Gör
368 syf.
10/10 puan verdi
·
Beğendi
·
45 günde okudu
"...Yaşamaq istəmirəm sürünüb dizin-dizin, İstəyirəm ən uca zirvələrə mən qonam. Xəfif sakitliyini neyləyirəm dənizin. Onun qasırğasına, dalğasına vurğunam. Qoy döysün yağış məni, boran məni, qar məni, Həyatın boranları daim yaşadar məni. İstəmirəm həyatım sakitcə bir otaqda gəlib-keçsin lal kimi... İstəyirəm
Seçmə Şeirlər
Seçmə ŞeirlərBahtiyar Vahabzade · Qanun Nəşriyyatı · 20226 okunma
384 syf.
8/10 puan verdi
·
Beğendi
·
30 günde okudu
"...Hadisə yerinə ilk çatmış qardanın ifadəsindən: "...Tavanın altı ilə gedən dəmir borulardan iki pişik cəsədi sallanırdı. Pişiklər boğazlarından asılmışdı. Dilləri ağızlarından çölə sallanırdı, gözləri də, az qala, hədəqəsindən çıxacaqdı. Arxa ayaqları möhkəm dartıldığından oynaqdan çıxmışdı. İçəriyə doğru zirzəminin künc tərəfində divara çılpaq qadın cəsədi söykədilmişdi. Biz cəsədi yaxşı görmək üçün fənəri ona doğru yönəltdik. Qadının sifəti tamamilə qana boyanmış, göz qapaqları və alnı şişmiş, suluqlamışdı. Görünür, qatil qurbanının bu yerlərini yandırmışdı. Qaş və kirpikdən əsər-əlamət yox idi. Budlarının dərisi soyulmuş, diz qapaqları qopardılmış, sağ əli biləkdən kəsilmişdi. Cəsəd divara tam söykənməmişdi, sanki onunla divar arasında bir maneə vardı. Yoldaşlarımdan biri yavaşca ona toxunanda cəsəd ağzıüstə yerə gəldi və biz dəhşət içində bu maneənin nə olduğunu gördük. Cəsədin beli yarılmış və oraya biləkdən kəsilmiş insan əli yerləşdirilmişdi..."
Abaddon
Abaddon
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023512 okunma
Reklam
440 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
"...O, cavab vermədi. Mən göyə baxmağa davam edirdim. O, gözümün qarşısında daha da işıqlanırdı. Sanki üfüqün arxasından günəş doğurdu. Yavaş-yavaş çəhrayı işıq bütün göyü bürüdü. -Axı, şimal şəfəqi ancaq qışda olur, hə? Yayda olmur? -Bu şimal şəfəqi deyil,- Maksim dedi. - Bu, Menderldir. Mən ona tərəf çevrildim, üzünü, gözlərini gördüm. -Maksim, mən dedim.- Maksim, bu nədir? O, maşını dəli kimi qovurdu. Biz təpənin üstünə qalxdıq, aşağıda, ayağımızın altında Lenyon göründü. Buradan altı mil uzaqlıqda olan Keritin yanındakı mənsəbinə doğru genişlənən çayın gümüş cığırı sola burulurdu. Qarşıda Menderlə aparan yol uzanırdı. Ay batdı. Başımızın üzərində göy kömür kimi qara görünürdü. Lakin üfüq qara deyildi. Onu qıpqırmızı şəfəqlər dəlib keçirdi. Sanki ətrafa qan axırdı. Duzlu dəniz küləyi külü bizim üzümüzə sovururdu..."
Rebekka
RebekkaDaphne du Maurier · Bakı,Qanun Nəşriyyatı · 2021498 okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
"...Yavaş-yavaş sevdim səni, Hər gün bir az da sevdim. Ən çox bu qış sevdim səni, Qarda, ayazda sevdim. Gör bir nə tez isinişdik Havalar soyuyanda. Adamlar qalın geyinib, Ağaclar soyunanda. Qar altından baş qaldıran Çiçəktək sevdim səni. İstisinə qızındığım Ocaqtək sevdim səni. Hələ bu cür sevməmişdim Ömrüm boyu heç kimi. Səni sevdim qar üstündə Yem axtaran quş kimi..."
Sevgi açarı
Sevgi açarıRamiz Rövşən · Teas Press · 201987 okunma
400 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Məni vəhşiləşdirdilər!..
"...Fikirli halda salona getdim. Divanın üstünə qoyduğum çantamdan bıçağı götürüb qayıdanda artıq qəddar və qorxunc qərarım qətiləşmişdi. Yan tərəfdən çarpayıya yaxınlaşıb hər şeydən xəbərsiz yatmış Lətifin başı üzərində dayandım. Bıçağın dəstəyini iki əlimlə tutub havaya qaldırdım və dişlərimi qıcayıb bütün gücümlə kürəyinə zərbə endirdim. Lətif yerində silkələnərək ayılsa da, boğuq bir iniltidən savayı səs çıxarmadı. İti tiyəsi axıra kimi bədəninə sancılmış cinayət alətini çətinliklə çıxardıb ikinci, daha sonra üçüncü zərbəni vurdum. Bıçağı üçüncü dəfə bədənindən çıxaranda arxası üstə çevrilib mənə baxdı və bu baxış həyata son baxışı oldu. O artıq ölmüşdü..."
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 042 okunma
580 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 günde okudu
"...Ervanın ağlına gələn ilk versiya bu oldu: "insan ovu" vaxtı "Tülkülər" Vissanı möhkəm döyüblər və oğlan ölüb. Bu məqamda qəsdən adam öldürməkdən danışmaq çətindir. Hücum edənlər panikaya düşüb. Sahildən "Zodiac" götürüb Sirlinq adasına gediblər. Cəsədi gizlətmək yaxşı fikir olub, basdırmaq lazım gəlməyib. Onun tapılması asan olmayacaqdı. Əgər bir mərmi ertəsi gün cəsədi ortaya çıxarmasaydı... -Burada iki növ yara izi var: qanaxmaya səbəb olmamış, ölümdən sonra yaranan və qanaxmaya səbəb olmuş yaralar,- deyə Klemant davam etdi.- Vissaya işgəncə verilib, bədəninə kəsici alətlərlə xəsarət yetirilib. Hələ sağ ikən... Ervanın ağlına daha pis versiya gəldi: "Tülkülər" qurbanlarına qarşı iyrənc hərəkətlər edib. -Sizcə, ölüm səbəbi nədir? -Demək çətindir, amma tükürpərdici zorakılığa məruz qalıb. Kəsiklər, bıçaq yaraları, deşiklər... Atası haqlı idi: söhbət ən dəhşətli cinayətlərdən gedirsə, Ervan bu işlərdə lazım olan adamdır. Qeyri-ixtiyari oğlanın valideynlərini düşündü. Onlara bu xəbəri kim verəcəkdi? -Doktor, qatillərin metodları haqda nə deyə bilərsiniz? -İndi heç nə. Amma bunu edənlər həqiqətən qəssab imiş. Başqa məsələ də var. Məncə, başını qırxıblar. Aparatın izləri bilinir. Bu, "ov" ritualının bir hissəsi də ola bilər..."
Lontano
Lontano
Jean-Christophe Grangé
Jean-Christophe Grangé
Lontano
LontanoJean-Christophe Grangé · Yay · 20173,967 okunma
220 syf.
8/10 puan verdi
·
Beğendi
·
31 günde okudu
"...Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim Aşinalar ixtilatında sədaqət görmədim, Biətü iqrarü imanü dəyanət görmədim, Bivəfadan lacərəm təhsili-hacət görmədim Müxtəsər kim, belə dünyadən gərək etmək həzər, Ondan ötrü kim, deyildir öz yerində xeyrü şər, Alilər xaki-məzəllətdə, dənilər mötəbər, Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər, İşlənən işlərdə ehkamu ləyaqət görmədim. Baş ağardı, ruzigarım oldu gün-gündən siyah, Etmədim, səd heyf kim, bir mahi ruxsarə nigah, Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah, Vaqifə, ya Rəbbəna, Öz lütfünü eylə pənah, Səndən özgə kimsədə lütfü inayət görmədim..."
Heyran Olmuşam
Heyran OlmuşamMolla Penah Vagif · Bakı Kitab Klubu · 20218 okunma
Reklam
352 syf.
9/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
"...Yaxınlaşmaqda olan mühərrik səsi eşidənlər dikəlib, gözləməyə başladılar. Salvadoro maşını sürətlə sürüb, ayaq üstə duranlardan birini vurdu. Zərbənin təsirindən adam uçub yol kənarına düşdü. Digəri, bir qədər əvvəl plan cızan adam əlini silaha atmaq istəyəndə oğlan açıq şüşədən atəş açıb, onun silah tutan əlini yaraladı. Bu səs-küydən əlinə avtomat silah götürüb maşından yerə atılan sürücü, hara gəldi atəş açmağa başladı. Yük maşınının arxasını özünə sipər edən oğlan, əyilib, maşının altından əliavtomatlı adamı izlədi. Cəld bir hərəkətlə yerə sərilib dalbadal iki atəş açdı. Ayağından yaralanan adam müvazinətini itirib yerə yıxıldı, avtomat əlindən bir xeyli kənara düşdü. Salvadoro tez onun yanına yüyürüb başından bir güllə vurdu. Sürücü ilan kimi qıvrılıb canını tapşırdı..."
Havay Tətilləri
Havay TətilləriƏyyub Qiyas · Qanun Nəşriyyatı · 20214 okunma
384 syf.
9/10 puan verdi
·
Beğendi
·
27 günde okudu
Küsmərəm!
"...Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm! Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm! Gözlərin misaldır axan çaylardan Kirpiyin oxlardan, qaşın yaylardan. Qarşımıza gələn uzun aylardan, İllərdən küsərəm, səndən küsmərəm! El içində bizə derlər Sayadlı, Tərlan ovçusuyam, ruhum qanadlı. İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm!.."
Mən Şirin Ləhcəli Bir Bülbüləm
Mən Şirin Ləhcəli Bir BülbüləmMikayıl Müşfiq · Bakı Kitab Klubu · 201434 okunma
110 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
"..."Mən olmasam, guya nəsə baş verəcək? Heç nə olmayacaq. Bəs gedəndən sonra, məkanım hara olacaq? Doğrudanmı, bu, ölümdür? Yox, istəmirəm..." O, yerindən sıçrayıb şamı yandırmaq istədi. Titrəyən əlləriylə şamı axtardı, onu şamdan qarışıq yerə saldı, yenidən geriyə yastığa sərələndi. Gözlərini qaranlığa dikərək öz-özünə pıçıldayırdı: "Nə mənası... Onsuz da bu, ölümdür. Hə, ölüm. Bax, o biri otaqdakıların heç biri bilmir, bilmək belə istəmir, heç vecinə də deyil onların... Oxuyub-oynayırlar özləri üçün. (O, bağlı qapının o üzündən davamlı olaraq hay-küy, mahnıların xorla ifa edilən nəqarətlərini eşidirdi.) Veclərinə də deyil. Amma onlar da öləcək. Axmaqlar. Məndən sonra əvvəl-axır onlar da öləcək. Amma dünya veclərinə deyil, sevinirlər. Heyvanlar!" Hirsindən boğulurdu. Əzab içindəydi, dözülməz haldaydı artıq. Ancaq bu dəhşətli qorxunu hamının həmişə yaşaması mümkün olan şey deyil. O, ayağa durdu.."
İvan İliçin Ölümü
İvan İliçin ÖlümüLev Tolstoy · Parlaq İmzalar · 202245,3bin okunma
160 syf.
8/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
"...Polis işçiləri cinayət yerini çoxdan mühasirəyə almışdılar. Ekspertiza aparmaq üçün caninin cinayət yerinə gətirilməsini gözləyirdilər. Məni otağa apardılar. Qollarımın qandallı olmasına alışa bilmirdim. Dərhal məndən "törətdiklərimin" ən kiçik təfərrüatına qədər həm göstərməyi, həm də danışmağı tələb elədilər. «Törətdiyim» cinayəti öz xəyalımda süni şəkildə canlandırdığım kimi süni şəkildə də danışdım, göstərdim. Çarpayının üstündə, yəni yataqda tabaşirlə insan fiquru cızılmışdı. Çarpayıdan bir az kənarda isə tumbanın üstündə arxası dayaqlı bir şəkil var idi. Bu şəkildə gözəl bir qız təsvir olunmuşdu. Mən uzun-uzadı bu şəklə baxırdım, gözlərimi ondan ayıra bilmirdim. Mənim bu vəziyyətdə donub qaldığımı görən bir polis işçisi cəld bu şəkli götürüb gözlərimə soxmağa başladı: -Bax, ay oğraş, yaxşı-yaxşı bax bu qıza! Sənin oğraşlığına görə bu qız artıq həyatda yoxdur. Yazığın heç 25 yaşı yox idi. Nə görmüşdü həyatda?! Heç nə!.."
Taleyin Əzablar Hədəfi
Taleyin Əzablar HədəfiElçin Usubov · Qanun Nəşriyyatı · 20135 okunma
768 syf.
10/10 puan verdi
·
Beğendi
·
45 günde okudu
"...Birdən meyxanaçı qarı səsləndi: -Yaxşı, bəs çörək necə oldu? Kozetta xanımın səsini eşidincə, adəti üzrə, dərhal stolun altından çıxdı. O, çörəyi lap yaddan çıxarmışdı. O, gözü qorxmuş uşaqların adəti olan bir hiyləyə əl atdı, yalan danışdı: -Xanım, çörəkxana bağlı idi. -Qapını döyəydin. -Döydüm, xanım. -Bəs nə oldu? -Qapını açmadılar. Tenardye qarı: -Sabah soruşaram, görüm doğru deyirsən, yoxsa yalan,- dedi.- Yalan danışmış olsan, görərsən sənə nə divan tutacağam. On beş su vermişdim, bəri ver görüm. Kozetta əlini döşlüyünün cibinə saldı. Ölü kimi saraldı. Pul cibində deyildi. Tenardye qarı hiddətlə bağırdı: -Eşitmirsən, sənə nə deyirəm? Karsan? Kozetta cibini tərsinə çevirdi. Cibi boş idi. Pul necə ola bilərdi? Zavallı qızcığaz nə edəcəyini bilmirdi, donub qalmışdı. Tenardye qarı xırıltılı bir səslə: -Demək, pulu itirmisən? Tam on beş su? Bəlkə, bu pulu oğurlamaq istəyirsən? Qarı əlini dərhal ocağın üstündən asılmış qamçıya uzatdı. Bu qorxunc hərəkət Kozettanın dilini açdı, ondan bir nalə qopdu: -Bağışlayın, bağışlayın! Mən bir də belə şey etməyəcəyəm! Tenardye qarı qamçını əlinə aldı..."
Səfillər
SəfillərVictor Hugo · Teas Press Nəşriyyatı · 202287,4bin okunma
47 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.