Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qara Xəfiyyə

Qara Xəfiyyə
@_faracov_
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq ~ Məmməd Əmin Rəsulzadə
Milli Aviasiya Akademiyası- Hüquqşünaslıq 2/4
Azərbaycan, 2 Eylül
436 okur puanı
Ağustos 2022 tarihinde katıldı
Xəyalımda bir qız gəzər, Tənha gəzər, yalqız gəzər, Gözlərində bəyaz duman, Sarı saçlı payız gəzər.
Sayfa 104 - PAYIZ LÖVHƏLƏRİKitabı okuyor
Reklam
-Mən səni sevirəm. Anla bunu! İlk gördüyüm gündən səni sevirəm.
Sayfa 22 - TükəzbanKitabı okuyor

Okur Takip Önerileri

Tümünü Gör
Qəlbimdən bir yelləncək qurmaq arzusu keçir, uşaqlıq xatirələrimə bənzər...
Sayfa 101 - UŞAQ RƏSMLƏRİKitabı okuyor
Sən mənimlə olmayacağın anlarda gözlərimə doldurum. Yenə də səni görüm onda- gecənin qatılığında. Zülmət xatirələrdə doyum İndi doya bilmədiyim ətrindən. Suss... Dinmə... Danışma qar yağmış dərələr kimi, çək gözlərini gözlərimdən...
Sayfa 98 - SƏN VƏ GECƏNİN QATILIĞIKitabı okuyor
Reklam
Qalanın daşı oldum, Gözünün yaşı oldum, Dünyada gün görmədim- Sevəndə naşı oldum. Yenə də axşam oldu, Gün kecdi axşam oldu, Gecələr mən alışdım- Əriyən şam oldu. Yanımda qal bir az da, Gözyaşı var Arazda, yar yuxusun danışıb- Şəkli qalıb Arazda...
Sayfa 97 - BAYATILARKitabı okuyor
Kaş ki...
Kədərli axmayaydı, Göz yaşım axmayaydı, Yad baxmağı bir yana- Yar yada baxmayaydı.
Sayfa 97 - BAYATILARKitabı okuyor
Hər kəs günahlarının əvəzini bir şəkildə ödəməlidir.
Sayfa 7 - MüəllifdənKitabı okuyor
İnsan övladının yolunu azması, öz nəfsinə məğlub olub bataqlığa düşməsi, Tanrının ona verdiyi xoşbəxtliyin qədrini bilməməsi və xəyanəti sonda tək onun deyil, neçə-neçə insanın da faciəsinə gətirib çıxarır.
Sayfa 7 - MüəllifdənKitabı okuyor
İnsanın şəxsiyyət kimi formalaşması prosesində onun görüb-götürməsi, öyrənməsi əsas şərtdir.
Sayfa 7 - MüəllifdənKitabı okuyor
Reklam
Əzabını çox çəkmişəm qara gözünün, Həsrətini çox çəkmişəm şirin sözünün, Yenə bəxtəvər olmuşam, Hər vaxt bəxtəvər olmuşam, Çünki sevirdim. Nə yaxşı ki, gözlərimin qayğısı vardı, Ürəyimin, dodağımın yanğısı vardı, Həmişə belə olmuşam, Düşəsi dilə olmuşam, Çünki sevirdim. Mən biləni sən bilmədin, sən biləni mən, Yollarımı çətin sanıb gendən keçmisən, Mənsə bixəbər olmuşam, Amma bəxtəvər olmuşam, Çünki sevirdim. Xoşbəxtliklə bədbəxtliyin fərqi nə oldu? Güllər gecə açmışdısa, elə də soldu, Ömrümü gülə çevirdim, Yandırdım külə çevirdim, Çünki sevirdim...
Sayfa 96 - ÇÜNKİ SEVİRDİM...Kitabı okuyor
Sən özünü qəhrəman kimi təqdim edə bilərsən, əsas odur ki, səni qəhrəman kimi qəbul etsinlər.
Ancaq ən qorxuncu, ən dəhşətlisi qaçırdığı gözləri idi...
Sayfa 150 - X FƏSİL. Dəfndən bir gün əvvəlKitabı okudu
O da bir iş idi ki, Könül sənə vuruldu, O da bir iş idi ki, Sevən ürək sevməkdən, Sevilməkdən yoruldu. O da bir iş idi ki, Yol çəkirdi gözlərim, Mən səni gözləyirdim, Özgəni gözləmirdim. İndi sən gözlə məni, Gözlə bəlkə qayıtdım, Milyon-milyon insanın İçində məni tapdın. Bəlkə payız çağında Uçan bir sarı yarpaq Məndən danışdı sənə, Bəlkə susan, soyuyan Bu sevgim ocaq kimi Yanıb alışdı yenə...
Sayfa 92 - ƏDALIKitabı okuyor
Dünya tutmur ədasını, Özgə alıb sədasını, Bu gözəlin qadasını Ya o alacaq, ya da mən. Aramıza kin düşəcək, Davaya zülfü düşəcək, Qız, bəxtinə kim düşəcək? Ya o qalacaq, ya da mən.
Sayfa 92 - ƏDALIKitabı okuyor
3.442 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.