Yapışar yaxamdan dərd ikiəlli,
Ömür həm faciə, həm qaravəlli,
Yadın yad olduğu itə də bəlli,
Dostun etibarı niyə azalır?
Get-gedə başıma dünya dar olur,
Qızlar naz eləyir, sevir, yar olur,
Ləkəsiz gördüyüm dağda qar olur,
Onu da gözümdən gəlib yaz alır.