Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qara Xəfiyyə

Qara Xəfiyyə
@_faracov_
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Bir gün gerçeklerin ortaya çıkacağına şüphe yok Memmed Emin Resulzadeh
Milli Aviasiya Akademiyası- Hüquqşünaslıq 2/4
Azərbaycan, 2 Eylül
449 okur puanı
Ağustos 2022 tarihinde katıldı
768 syf.
10/10 puan verdi
·
Beğendi
·
45 günde okudu
"...Birdən meyxanaçı qarı səsləndi: -Yaxşı, bəs çörək necə oldu? Kozetta xanımın səsini eşidincə, adəti üzrə, dərhal stolun altından çıxdı. O, çörəyi lap yaddan çıxarmışdı. O, gözü qorxmuş uşaqların adəti olan bir hiyləyə əl atdı, yalan danışdı: -Xanım, çörəkxana bağlı idi. -Qapını döyəydin. -Döydüm, xanım. -Bəs nə oldu? -Qapını açmadılar. Tenardye qarı: -Sabah soruşaram, görüm doğru deyirsən, yoxsa yalan,- dedi.- Yalan danışmış olsan, görərsən sənə nə divan tutacağam. On beş su vermişdim, bəri ver görüm. Kozetta əlini döşlüyünün cibinə saldı. Ölü kimi saraldı. Pul cibində deyildi. Tenardye qarı hiddətlə bağırdı: -Eşitmirsən, sənə nə deyirəm? Karsan? Kozetta cibini tərsinə çevirdi. Cibi boş idi. Pul necə ola bilərdi? Zavallı qızcığaz nə edəcəyini bilmirdi, donub qalmışdı. Tenardye qarı xırıltılı bir səslə: -Demək, pulu itirmisən? Tam on beş su? Bəlkə, bu pulu oğurlamaq istəyirsən? Qarı əlini dərhal ocağın üstündən asılmış qamçıya uzatdı. Bu qorxunc hərəkət Kozettanın dilini açdı, ondan bir nalə qopdu: -Bağışlayın, bağışlayın! Mən bir də belə şey etməyəcəyəm! Tenardye qarı qamçını əlinə aldı..."
Səfillər
SəfillərVictor Hugo · Teas Press Nəşriyyatı · 202287,7bin okunma
Reklam
312 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
"...Aralarında 5 metr məsafə vardı. Yağış ikisini də islatmışdı, qız Camalın üzünə diqqətlə baxdı, onun isti nəfəsini dodaqlarında hiss etdi. Ürəyi yerindən fırlayıb çıxacaqmış kimi döyünməyə başlayıb, dolğun döşlərini endirib qaldırırdı. Camalın iradəsi gedərək zəifləyirdi..."
Məşhur Adamın Məşuqəsi
Məşhur Adamın MəşuqəsiAygül Ağayeva · Qanun Nəşriyyatı · 201911 okunma
260 syf.
8/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
"...Ev partlayan kimi Robert Fottxert yerindən sıçradı: -Qurtardı. İndi gəl Vittenberggilə gedək. -Sənin başın xarab olub. Biz ora nə üçün gedək? Ələ keçə bilərik. -Qorxma, orda dal qapı var. Şübhəli bir şey olsa, həmin qapıdan qaçıb canımızı qurtararıq. -Bəs, həmin qapıdan mənim nə üçün xəbərim yoxdur? -Çünki bu gizli yol ancaq gestaponun ali rütbəli zabitlərinə məlumdur. Başqaları bu yol haqqında heç nə bilməməlidir. Vaxtilə həmin evdə bir sıra mühüm işlərin planı çəkilmişdir. İndi isə bu sirr deyildir. -Biz, Vittenbergin evində nə edəcəyik? -Starşinanın meyitini bir neçə yerdən yaralamaq lazımdır ki, hamı onun Otto Smigelskayte ilə dava saldığım başa düşsün. -Aydındır, yəqin Renau cinayətin ruslar tərəfindən törədildiyini sübut etmək istəyir. -Elədir ki, var. Di, gedək"
Sahil Əməliyyatı
Sahil ƏməliyyatıCəmşid Əmirov · Mücrü Nəşriyyatı · 010 okunma

Okur Takip Önerileri

Tümünü Gör
328 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
"...Xüsusi qruplarla aparılan tədqiqatlarda müəyyən edilir ki, açılış nitqlərində prokurorlar şəhadət barmağını müttəhimə tuşlayarkən çox diqqətli olmalıdırlar. Prokuror şübhəlinin cinayətini hələ sübut etmədiyinə görə barmağını bu şəkildə silkələmə haqqına da sahib deyil. Heç məhkəmə üzvləri də bu cür davranış görməkdən xoşlanmırlar. Ona görə də prokurorun əlini şübhəliyə doğru açıq şəkildə tutması (ovcu ilə şübhəlini göstərərək) barmaq doğrultmaqdan daha yaxşı davranışdır. Prokuror yalnız şübhəlinin günahını sübut etdikdən sonra- prosesi qapama nitqində barmağını tuşlaya bilər. Əlbəttə, bu, sizə əhəmiyyətsiz detal kimi görünə blər. Lakin məhkəmə heyətinə namizədlər arasında apardığım saysız-hesabsız anket sorğuları zamanı bir çox insanın bu davranışa qarşı (cinayəti sübut olunmayan birinin barmaqla hədəf alınması) olduğu qərarına gəlmişəm. Qısası, prokurorlara məhkəmə salonundaykən barmaq tuşlama hərəkətindən yayınmağı tövsiyə edirəm..."
Bədən Dili
Bədən DiliJoe Navarro · Xan Nəşriyyatı · 20194,746 okunma
250 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"...Əyilərək divar tərəfdən çətinliklə bıçağın sancıldığı yerə baxdı. Buradan axan qan, artıq qurumaq üzrə idi. Əlləri yanına düşmüş kişini bütünlüklə, başdan-ayağa süzdü. Sonra sol tərəfinə keçdi. Sol tərəfdə döşəmənin üstündə kiçik bir qan gölməçəsi əmələ gəlmişdi. Bu gölməçəni kişinin boynundan çiyninə tökülərək oradan da döşəməyə axan qan yaratmışdı. Ayağa qalxdığında mayor onun simasındakı güclə sezilən incə təbəssümü görə bilməmişdi. Yenidən qadına yaxınlaşdı. İndi isə çarpayını iti baxışları ilə nəzərdən keçirirdi, sanki nə isə axtarırdı. Çarpayının üstündəki adyal səliqə ilə sərilmişdi. Bircə, qapı tərəfdən aşağı hissəsi bir qədər dağılmışdı. Yəqin ki, qadın çarpayının üstünə yıxılarkən adyalı uçurmuşdu. Baratın bu hissəyə xüsusi diqqət yetirdiyini görən Əşrəf nə qədər baxsa da, birşey anlaya bilmədi..."
İblisdən Betər
İblisdən BetərPerviz Elyaroğlu · Xan Nəşriyyatı · 021 okunma
Reklam
250 syf.
9/10 puan verdi
·
Beğendi
·
26 günde okudu
"...Bəzi səhərlər tarlalarda dırnaq ləpirləri nəzərə çarpır. Gözətçi deyir ki, əkin sahələrini əhatə edən kolların arasında qara bir kölgə görüb. O and içir ki, bir gün əvvəl kölgə orada imiş, bir gün sonra isə yenidən yoxa çıxıb. Balıqçılar səhər açılana qədər balıq tutmağa cəsarət eləmirlər. Gündəlik qənimətləri o qədər az olur ki, yarıac yaşayırlar. İki gün güclərimizi birləşdirib əlimizdə silah gölün uzaq ətrafındakı tarlalardan, sel basmamış torpaq sahələrindən buğda tapırıq. Hər ailəyə dörd fincandan az buğda düşür. Hər halda, heçdən yaxşıdır. Kor at, əvvəlki kimi, gölün yaxınlığındakı böyük çəni doldurmaq üçün çarxı fırladır. Çarxdan axan su ilə şəhərdəki bağlar suvarılır. Başa düşürük ki, kəməri har an kəsə bilərlər. Ona görə də şəhərin içində quyular qazmağa başlamışıq..."
Barbarları Gözləyərkən
Barbarları GözləyərkənJ. M. Coetzee · Qanun Nəşriyyatı · 01,557 okunma
207 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
"...Katyanın əynindəki göy don Veniaminə öküzü qızışdıran qırmızı parça kimi təsir göstərirdi. Veniamin cǝld yaxınlaşıb Katyaya möhkəm bir şillə vurdu. Zərbə o qədər güclü idi ki, qadının partlamış dodağından qan gəlməyə başladı. Gördüyü qan onu daha artıq coşdurdu və Katya var gücünü toplayaraq ona şapalaqla cavab verdikdə, Veniaminin içindəki çoxdan bəri mürgüləməkdə olan yırtıcı heyvan oyandı. O, qadının üstünə cumaraq lənətə gəlmiş donu onun əynindən dartıb çıxarmağa başladı. Qadın müqavimət göstərir, onun qolları arasında qıvrılır, Veniaminin nə etmək istədiyini anlamırdı. Katya bir anlığa fikirləşdi ki, Veniamin, sadəcə, öz hədiyyəsinin onda qalmasını istəmədiyi üçün donu cırır. Lakin Veniamin donu cırdığı zaman qadını həm də bərk-bərk qucaqlayırdı. Katya birdən anladı ki, Veniamin onu zorlamaq istəyir..."
Bumeranq Zerbesi
Bumeranq ZerbesiÇingiz Abdullayev · Teas Press · 201763 okunma
285 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
"...Qapının girəcəyində Amaliya durmuşdu. O zaman gördüyü kimi ağ krujevalı penuarda idi, lakin saçları yağışdan islanaraq qarışmışdı, sinəsində isə qanlı ləkə vardı. Ən qorxulusu onun donuq və hərəkətsiz gözlərinin qeyri-təbii şəkildə parlaması idi. Şimşək işığında ağaran ǝl Erast Petroviçin üzünə uzandı və onun yanaqlarına toxundu- tamamilə ondakı kimi, ancaq bu dəfə onun barmaqları o qədər soyuq idi ki, yazıq Fandorin dəli kimi geri çəkildi. -Portfel hanı?-kölgə pıçıltı ilə soruşdu.- Mənim portfelim hanı? Mən ondan ötrü ürəyimi satmışam. -Vermǝrǝm!-Erast Petroviçin qurumuş dodaqlarından bir səs qopdu. O, oğurlanmış portfelin gizlədildiyi kresloya tərəf çəkildi, oturacağın üstünə çökdü və iki əli ilə ondan yapışdı. Kölgə masaya yaxınlaşdı. Kibriti çaxdı, şamı yandırdı və cingiltili səslə qışqırdı: -Your turn now! He's all yours!¹... ________ ¹İndi sizin növbənizdir. Onu sizə verirəm. (ingiliscə)"
Azazel
AzazelBoris Akunin · Qanun Nəşriyyatı · 068 okunma
112 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
"...Yadımdadır, pis vərdişi olan bir yeniyetmənin anası zəng etmişdi. Ana təşviş içində hey övladından gileylənirdi, heç mənə də söz deməyə imkan vermirdi. Anadan soruşdum ki, övladlarına çox diqqət yetirirlər? Cavab verdi ki, yoldaşı ilə ikisi bütün günü uşağı maddi cəhətdən təmin etmək üçün işləyirlər, bundan da böyük sevgi və diqqət ola bilməz. Yenə soruşdum ki, bəlkə, övlad bunu dəyərləndirmək iqtidarında deyil, o, sadəcə, sevildiyini eşitmək və hiss etmək istəyir. Ana yenə də çəkdiyi əzab-əziyyətdən danışmağa, öz həyatından gileylənməyə başladı. Bəlli idi ki, uşağın ən çətin vaxtında ana yenə də özünü düşünür, nə məni, nə də uşağını eşitmək istəyir. Bizdən də tələbi bu idi ki, onunla söhbət edib möcüzə göstərək. Allaha şükür olsun ki, ananın öz davranışını və həyata yanaşmasını düzəltməsindən sonra uşağın da problemləri öz həllini tapdı. Təəssüf ki, əks hallarla da üzləşmişik. Valideyn övladını zamanın tələblərini nəzərə almadan elə mühafizəkar mühitdə böyüdüb ki, yetkinlik yaşına çatan uşaq yeni və "kul" görsənmək üçün ən vulqar yollara əl atıb. Paytaxtımızda yerləşən İsmailiyyə sarayının üzərində yazılmış bir hədisi qeyd etmək yerinə düşür: "Sizin dövrünüz sizinlə ölür, övladlarınızı yeni dövrə hazırlayın" "
Xoşbəxt Ailə Modeli
Xoşbəxt Ailə ModeliHacı Şahin · Parlaq İmzalar · 012 okunma
212 syf.
8/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
"...Şəhər dözülməz qorxuya təslim olmuşdu. Qırmızımtıl səhər günəşinin şəfəqləri boş küçələri, tüstülənən xarabalıqları, qoparılmış pəncərə taxtalarını, sındırılmış qapıları işıqlandırırdı. Toz-torpağın içindəki şüşə qırıntıları al qırmızı rəng alaraq parıldayırdı. Saysız-hesabsız qarğa dəstələri şəhəri boş tarla sayaraq onun üstünü bulud kimi almışdı. Meydanlarda və küçələrin kəsişdiyi yerlərdə qara paltarlı atlılar iki-iki, üç-üç gəzir, gözlərinin üstünədək çəkdikləri qalpaqların yarıqlarından baxır, yəhərin üstündə bütün bədənləri ilə yavaş-yavaş ora-bura çevrilirdilər. Yanıb kömürə dönmüş zəncirli insan bədənləri tələm-tələsik basdırılmış dirəklərdən çoxdan sönən tonqalların üstünə sallanırdı. Adama elə gəlirdi ki, çığıran qarğalardan və qara paltarlı işgüzar qatillərdən başqa şəhərdə heç bir canlı qalmayıb..."
Allah Olmaq Çətindir
Allah Olmaq ÇətindirArkadi Strugatski · Teas Press Nəşriyyatı · 20171,328 okunma
Reklam
250 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
"...Qonaq otağına daxil olduqda qarşısına çıxan qorxunc mənzərə qarşısında qışqırmamaq üçün özünü güclə saxladı. Yasinin cansız bədəni otağın tavanından sallanırdı. O, özünü asaraq intihar etmişdi. Detektiv telefonun işığını ətrafa tutaraq bir qədər hər şeyi nəzərdən keçirdi. Ortalıqda qeyri-adi heç nə yox idi. Yasinin bel çantası otaqdakı divanın üstündə idi. O, çantanı götürərək ehtiyatla ağzını açdı. Çantanın içərisində bir neçə kitab, telefon, telefon üçün qulaqcıq və bir tünd rəngli sellofan var idi. Sellofanı çıxarıb içərisinə baxdıqda beş ədəd on minlik türk lirəsi dəstəsi ilə qarşılaşdı. Ofisiant işləyən bir gəncdə bu qədər pulun olması, üstǝlik pulları çantasında daşıması, demək olar ki, qeyri-mümkün idi. Deməli, o, nəsə bilirdi. Buna görə də onu sadəcə olaraq ortadan götürüblər..."
Bəyaz Şeytan
Bəyaz ŞeytanCeyhun Hidayətli · 059 okunma
372 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
"...İki pəzəvəng nəzarətçi qollarından yapışmaq üçün ona yaxınlaşdılar. Sifəti kəllə sümüyünə bənzəyən adam özünü döşəməyə atıb əllərinin ikisi ilə də skamyanın dəmir ayaqlığından yapışdı. Daha heç bir söz demirdi, sadəcə, heyvan kimi ulayır, bağırırdı. Nəzarətçilər onun ayaqlarından yapışdılar, dartıb skamyadan aralamaq istədilər. Skelet-adam heyrətamiz qüvvə ilə müqavimət göstərirdi. Dartışma iyirmi saniyəyə qədər çəkdi. Məhbuslar ǝllərini dizlərinin üstünə qoyub səssiz-səmirsiz oturmuşdular. Hamı düz qarşısına baxırdı. Daha bağırtı səsi eşidilmirdi. Skelet-adam bütün diqqətini skamyanın ayağından mümkün qədər bərk yapışmağa vermişdi. Amma birdən tamam başqa səs eşidildi. Bu, skelet-adamın nəzarətçinin nallı çəkmələrinin altında qırılan barmaqlarının xırçıltısı idi. Onu ayaqlarından dartıb kameradan bayıra sürüdülər. -101-ci otağa! - zabit dördüncü dəfə əmrini təkrarladı..."
1984
1984George Orwell · Teas Press Nəşriyyatı · 2023166,6bin okunma
160 syf.
8/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
"...Leyla və Malikin gözləri heyrətdən bərəlmişdi. Əyyub mücrünün üstünü təmizləməyə başladı, onu dərinlikdən çıxartmağa çalışdı. Malik bunu görcək, həmin hissəyə yenidən kürək vurdu. Leyla fanarı tutmuşdu. Əyyub iki əli ilə mücrünü torpağın dərinliyindən çıxardı, üstünü təmizlədi. Mücrünün əntiq əşya olmasına şübhə yox idi, amma bağlanan hissədə sonradan şifrəli qıfılın quraşdırılması açıq-aydın görünürdü. Belə şifrəli qıfıllar daha çox diplomat çantalarda rast gəlinirdi. Ən maraqlısı da bu idi ki, mücrünün aşağı hissəsində "Şir-Xurşid"in şəkli əks olunmuşdu. Leyla mücrünü Əyyubdan alaraq, barmaqlarını onun üzərinə sürtdü və qeyri-ixtiyari şəkildə "Ata" kəlməsini söylədi..."
Mirassız Varislər
Mirassız VarislərKamran Qasımov · Qanun Nəşriyyatı · 20214 okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"...Qonaq otağına çatanda üçü də donub-qaldı. Hakim Uorqreyv otağın bir küncündəki kresloda oturmuşdu. Onun hər iki tərəfində şam yanırdı, əynində hakim mantiyası, başında parik vardı. Həkim Armstronq ona yaxınlaşdı. Əyilib üzünə baxdı, sonra qəfil hərəkətlə başındakı pariki vurub yerə saldı. Qoca hakimin alnındakı dəlikdən qatı qırmızı maye süzülürdü. Armstronq onun cansız qolunu qaldırıb nəbzini yoxladı. Sonra üzünü kişilərə tutub dedi: - Onu güllələyiblər... - Deməli, tapançanı buna görə oğurlayıblarmış,- Blor dilləndi..."
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,6bin okunma
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
"Bu məktubu sinifdə dərs zamanı yazıram. Kimə yazıram, niyə yazıram, özüm də bilmirəm. Bu dünyada bircə nəfər də olsun, yaxın adamım yoxdur ki, dərdimi onunla bölüşüm... 19 iyunda başıma gələn o iş barədə heç nə yazmayacam. Çünki istəsəm də, yaza bilmərəm. Bircə bunu deyim ki, həmin gün mənim dünyaya sığmayan arzularım puç oldu. Diri ikən canlı ölüyə çevrildim. Yaşamaq istəmirdim? Yox, əlbəttə, istəyirdim. Həm də çox istəyirdim... Düşünürdüm ki, valideynlərim, babam, nənəm, bibim, əmim mənim günahsızlığımı anlayacaq, həyatımın hələ başlanğıcında ikən büdrəyib çox sərt yıxıldığım yerdən qaldıracaqlar. Ah, mən onları necə də çox sevirdim?.."
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202368 okunma
48 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.