Qara Xəfiyyə

Qara Xəfiyyə
@_faracov_
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Bir gün gerçeklerin ortaya çıkacağına şüphe yok Memmed Emin Resulzadeh
Milli Aviasiya Akademiyası- Hüquqşünaslıq 2/4
Azərbaycan, 2 Eylül
459 okur puanı
Ağustos 2022 tarihinde katıldı
404 syf.
10/10 puan verdi
·
Beğendi
·
43 günde okudu
"Hadisənin üstündən üç gün keçmişdi və mən indi bir şeyi dəqiq bilirdim: ölümün gözü kordur. Ölüm kim olduğuna, nə etdiyinə, nə etmək istədiyinə baxmır. Buna hazır olub-olmamağından asılı olmayaraq, gəlib səni aparır. Ən mühüm məsələ hayatını istədiyin kimi yaşayıb-yaşamamağındır. Etmək istədiyini etmisənmi? Olmaq istədiyin kimi bir insan olmusanmı? Mənim cəmi on altı yaşım vardı və ölməyə qətiyyən hazır deyildim. Həyatım yenicə başlayırdı. Gələcəklə bağlı planlarım vardı, hər şey hələ qabaqda idi. Hələ hər şey mümkün idi. Bunun üçün kifayət qədər vaxtım vardı. Amma reallıq fərqli idi. Xəstəxana çarpayısında uzanmışdım və bilirdim ki, həyatda heç nəyə bel bağlamaq olmaz. EKQ aparatından ürəyimin döyüntüsünü zəif bir siqnal kimi eşidirdim. Artıq normal qəbul etmədiyim, bundan sonra da heç vaxt normal qəbul etməyəcəyim ürək döyüntülərim... İyirmi bir dəqiqə ölü vəziyyətində olduqdan sonra heç nə normal ola bilməzdi..."
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022260 okunma
Reklam
372 syf.
10/10 puan verdi
·
Beğendi
·
27 günde okudu
"Silahını çıxarmağa macal tapmamış peysərinə nə isə soyuq bir şeyin dirəndiyini hiss edib başını geri döndərdikdə, hər şeydən qabaq tapança lüləsini, sonra isə qırmızıyanaq bir oğlanın qıyılmış gözlərini gördü. Qeyri-ixtiyari əllərini qaldırdı. Onun yanında, əynində çox bahalı xəz palto olan bir qız oturmuşdu. Ən azı əlli beş-altmış yaşı olardı. Bu qız isə onun nəvəsi yerində idi. Ağzının və kirpiklərinin üstündə bir pud boya və tuş olmasına baxmayaraq, ona güclə on yeddi-on səkkiz yaş vermək olardı. O, əsə-əsə ancaq bunu deyə bilirdi: - Ay məmə, ay məmə, ay məmə!"
Cəbhədən Cəbhəyə
Cəbhədən CəbhəyəHəsən Seyidbəyli · Hədəf Nəşriyyatı · 201372 okunma
368 syf.
10/10 puan verdi
·
Beğendi
·
28 günde okudu
"- Sonra,- Vinsent ata yumruğunu boşaltdı. Xaçın aşağı hissəsi iti tiyəli bıçaq kimi idi.- Sonra siz bunu onun çürük ürəyinə sancmalısınız. Tərəddüd etmədən, əks təqdirdə arvadınızla birliklə məhv olacaqsınız,- rahib-psixiatr Kevinə tərəf əyildi.- Onunla birlikdə əbədi olaraq əzab çəkməyə məhkum ediləcəksiniz. Kevinin az qala nəfəsi kəsiləcəkdi. İti tiyəli xaçı Vinsent atanın əlindən alanda onun ürəyi dəlicəsinə döyünürdü. Xaçın üstündə çarmıxa çəkilmiş İsanın üzü həmişəki kimi mərhəmətli deyildi. Bu daha çox bir əsgərin- Allahın döyüşçüsünün sifəti idi. Kevin xaçın kifayət qədər ağır, tiyəsinin isə ülgüc kimi olduğunu hiss etdi. - Bu onun ürəyinə sancılanda işi bitəcək. - Bəs bizim başımıza nə gələcək... Arvadımın axırı nə olacaq? Hələ uşağı demirəm..."
İblisin Vəkili
İblisin VəkiliAndrew Neiderman · Altun kitab · 073 okunma

Okur Takip Önerileri

Tümünü Gör
400 syf.
10/10 puan verdi
·
Beğendi
·
41 günde okudu
"Elə dayanırsan, elə baxırsan, elə bil qarşında quru bir daşam. İpək saçlarını öpüb oxşayan elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, mən tanış edərdim nə vaxtsa bir-bir. İndi özgələri yad ehtiramla
Dostlar Gözləyir Məni
Dostlar Gözləyir MəniNəriman Həsənzadə · Kitab Klubu · 04 okunma
256 syf.
8/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
"...Aydın cəld qayığı geri qaytardı. Nadir isə sürətlə toru yığmağa başladı. -Hə, torda nə isə var. Gəlir... Elə kötüyə oxşayır. Heç tərpənmir də. Yox, deyəsən tərpəndi, balıqdır, qayığı geri ver. Yenə də toru altına saldı. Yavaş, yavaş.. Bu nədir? Vay... dədə... Nadir dəhşətlə bağıraraq, toru buraxıb özünü suya atdı. Aydın karıxıb bilmədi nə etsin. Qeyri-ixtiyari olaraq özünü Nadirin ardınca suya atdı. Onlar çığıra-çığıra gecənin zülmət qaranlığında sahilə tərəf üzürdülər. Küləyin təsiri ilə şahə qalxmış dalğalar bu dəhşətli qorxunu birə-min artırırdı. Təngnəfəs olmuşdular. Bir anlıq sahil qumları üzərində sərilib qaldılar. Nadirin danışmağa dili yox idi. Aydın güclə, boğula-boğula nəfəs alırdı. Bütün güclərini toplayıb sürünə-sürünə sahildən xeyli uzaqlaşdılar. Şükür, hər ikisi salamat idi. İlk dəfə Aydın özünə gəldi. O, qaranlıqda heç nə görə bilməmişdi. Nadirin qarasınca özünü suya atmışdı. İndi ona görə də həyəcanlı halda soruşdu: -O nə idi? Lap yaxından gördün?.."
Gecəyari Sui-Qəsd
Gecəyari Sui-QəsdƏlisəfa Azayev · Qanun Nəşriyyatı · 20047 okunma
Reklam
Reklam
48 öğeden 31 ile 45 arasındakiler gösteriliyor.