g.

g.
@_igunay
Kitab tək ölümsüzlükdür ⋆˚𝜗𝜚˚⋆ 𐙚⋆°。⋆♡
Bu macəranın ilk günlərindən mütləq azadlıq hiss yaşayırdı. Geyimin, saç fasonun, necə görünməyin qayğısına qalmaq lazım deyildi. Arıqsan, ya kök fərqi yox idi, heç kim sizi görmürdü. Nə bir öhdəliyin var, nə məhdudiyyətin. Daha növbələrdə dayanmaq lazım deyildi, heç kimi narahat etmədən birinci ola bilərdin. Heç kim bu hərəkətinizə qəzəblənmir və deyinmirdi. Artıq özünü ədəbli göstərməyə ehtiyac yox idi, onun-bunun söhbətinə qulaq asa, görülməyənləri görə, eşidilməyənləri eşidə, girilməsi qadağan olan yerlərə girə bilərsini. Daha heç kim sizi gözləmir.
O, çox gözəldir, adamın ruh deməyə dili gəlmir… yox, doğrudan da o biri dünyadan gəlmiş gözəl bir varlıqdır, əslində o bir dünyadan da gəlməyib. O, bu dünyada ilişib qalanlardandır, çünki daha bu dünyadan getməyib.
- Mən bir varlığın ruhuyam, Artur.
Təsəvvür edə bilməzsiniz, heç kimlə danışmamaq, tamamilə görünməz olmaq və kiminsə həyatında artıq mövcud olmamaq nə deməkdir.
Ömürlük bədəninin əsirinə çevrilmək… Var gücü ilə ölməyə çalışırdı, ancaq barmağını belə oynatmağa qadir deyilkən, ölmək çox çətin olur.