2025-in 2ci kitabi ilə qarşınızdayammm
"Pollyanna örnek eş" Pollyanna seriyasının son kitabıdır. Məndəki "Zuhal yayınları" 1968-ci il baskılı olanıdır. Bu nəşriyyatda 5 hissəli çap olunub kitab seriyası:
POLLYANNA 1 (Mutlu olmanın sırrı)
POLLYANNA 2 (Seyahatte)
POLLYANNA 3 (Genç kızlığı)
POLLYANNA 4 (Evleniyor)
POLLYANNA 5 (Örnek eş)
Məndə "Zuhal yayınları"-nın son 2 kitabı var. İlk 2-si isə Qanun nəşriyyatındandır. Qanun nəşriyyatında sadəcə ilk 2 kitab var:
Pollianna
Pollianna böyüyür
Bu 2 kitab "Zuhal yayınları"-dakı ilk 3 kitabın birləşməsidir.
Keçək kitab haqqındakı fikirlərimə:
İlk dəfə Pollyanna-nı sadə uşaq nağılı kimi düşünüb, işə aparmışdım ki, arada fasilələrdə oxuyaram. Amma oxuduqca, o qədər bəyəndim ki, özümlə daşımağa başladım kitabı. İlk 3 kitabı 2023-cü ildə oxumuşam. Bu il isə, axır ki, ən sonuncu kitabı da əldə edib oxudum. Ümumilikdə, kitabda Pollyanna-nın atasının yaratdığı "Xoşbəxtlik oyunu"-dan bəhs olunur. Düşünürəm ki, uşaqlıqdan insanlara bu oyun öyrədilməlidi. Oyunun əsas məqsədi: başımıza nə gəlir gəlsin, ən pis hadisənin belə xoş bir tərəfini tapıb onun üçün xoşbəxt olmaqdır. Başımıza gələn hadisə nə qədər pis olarsa, oyun daha maraqlı olmağa başlayır. Əslində, həyatımıza bu şəkildə yanaşsaq, yaşamaq daha rahat və xoş olar deyə düşünürəm, elə ona görə də uşaqlara bu kitabı oxumaq, bu oyunun qaydalarını örətmək lazımdır. Kitablar haqqında daha başqa məlumat vermək istəmirəm. Böyük, kiçik, yaşlı, gənc, qadın kişi fərq etmədən, hamı oxumalıdır bu kitab seriyasını. Oxuyun, oxutdurun, kitabla qalın əzizlərim
"Belki de doğuştan neşeli bir insanım. Fakat unutmamalı ki, insanların karakterleri bahçeye benzer. İşlenecek olursa, istenilen şekil alabilir."