Onlar qeyri-iradi olaraq baxışdılar, qıza yaxşı ər tapmağın vaxtı çatdığı barədə düşündülər. Qız onların yeni arzularını və gözəl niyyətlərini təsdiq edirmiş kimi, səyahətlərinin axırına çatanda birinci olaraq ayağa qalxıb cavan qamətini düzəltdi.
Qərara gəldilər ki, qarşıdakı günü istirahət və gəzintiyə həsr etsinlər; işdə yaranmış belə fasiləyə onlar nəyinki layiqdirlər, buna hətta ehtiyacları vardı.
- Bir baxın, görün o, necə də arıqlayıb! Axı çoxdandır dilinə heç nə vurmurdu, nə gətirib qoyurduqsa, eləcə qalırdı, yeməyə heç gözünün ucuyla da baxmırdı.