Kitab haqqında düşünəndə Tolstoyun yeddi böyük günahdan birini – ehtirası – necə dərin və təsirli şəkildə işlədyini gördüm. O, ehtirasın bir insanı uçuruma sürükləyə biləcəyini ustalıqla göstərib. Məncə, Yevgeninin “şeytan” adlandırdığı qadın əslində şeytan deyil, cəmiyyətin simvoludur. Çünki insanı yalnız öz arzuları yox, eyni zamanda cəmiyyətin təsiri də məhv edə bilər. Maraqlıdır ki, kitabın iki fərqli yerində eyni cümlə təkrarlanır: “Doğrudan da, Yevgeni İrtenyev əgər ruhi xəstə idisə, deməli, bütün insanlar eynən onun kimi ruhi xəstədir, özü də lap betərindən.” Bu ifadə, məncə, əsərin əsas ideyasını açıq şəkildə ortaya qoyur.