Qarşında nə dinim, nə taətim var,
Qapında boş əlim şəfaət umar.
Gəmim qərq olmamış qanlı sularda,
Rəhm et, əlimdən tut, qalmayım darda.
Qaldır yıxılmışı bu qara yerdən,
Məni cəhl atından özün düşür sən,
İlahi, dar gündə sən ol həmdəmim,
İstədiyin yerə çatsın qədəmim.
Aç mənim üzümə nur xəzinəni,
Zülmətlər içindən xilas et məni!
Qorxuyla, ümidlə baxib dünyaya,
Bir pərvanə olum Günəşə, Aya...