ㅤBax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə, bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Başa düşürsən bunu?
ㅤSən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.
ㅤOğurluqdan iyrənc hərəkət yoxdur. Özünə məxsus olmayanı götürən adam, fərqi yoxdur bu başqasının həyatı olsun, ya bir tikə çörək... Mən o adamın üzünə tüpürərəm.