Akber Mammadov

Akber Mammadov
@akberthethinker
Ubermensch

Akber Mammadov

, bir kitap okudu
8/10
·141 syf.·
Beğendi
·
2020 6. kitabı
Ivan Illich
7.1/10 · 4.937 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Minlərlə əsgərdən ibarət hərbi briqadanı bir bölüyü idarə etdiyiniz kimi idarə edə bilməzsiniz. Uğurlu ailə şirkətləri böyüyüb daha çox işçini işə cəlb etdikdə adətən böhranla üzləşər və iflasa uğrayar. Homo sapiens bu kritik pilləni aşıb, on minlərlə insanın yaşadığı şəhərlər salmağı və milyonlarla insanı idarə edən imperiyalar qurmağı necə bacardı? Bunun sirri , ehtimal ki , uydurmaların meydana çıxması idi. Ümumi miflərə inanan və bir-birini tanımayan çox sayda insan uğurlu şəkildə əməkdaşlıq edə bilər.
Sayfa 41 - Qanun·Kitabı okudu
Əfsanələr, miflər, tanrılar və dinlər ilk dəfə Təfəkkür inqilabı nəticəsində meydana çıxdı. Əvvəllər bir çox heyvan və insan növü "Ehtiyatlı ol! Şir!" deyə xəbərdarlıq edə bilirsə , Təfəkkür inqilabı sayəsində Homo sapiens " Şir qəbiləmizin qoruyucu ruhudur" demək qabiliyyəti qazandı . Uydurmalar haqqında danışa bilmək bacarığı Sapiens dilinin ən unikal cəhətidir.
Sayfa 37 - Qanun·Kitabı okudu
İnsanlar isə ana bətnindən , sobadan çıxan ərimiş şüşə kimi çıxarlar, onlara təəccüblü dərəcədə istənilən formanı vermək mümkündür. Buna görə də bu gün uşaqlarımızı xristian və ya buddist, kapitalist və ya sosialist, müharibə tərəfdarı və ya sülhsevər kimi böyüdə bilirik.
Sayfa 23 - Qanun·Kitabı okudu