Biz bir-birimizi sevirdik. Gecə sakit gündüzü tədricən əvəzlədi. Mən Alisayla yanaşı uzanıb fiziki sevginin necə mühüm olması, bir-birimizi qucaqlamağımızın, qarşılıqlı nəvazişlərin necə zəruri olduğu haqda düşünürdüm. Kainat genişlənir, onun hər bir hissəciyi digərindən uzaqlaşaraq, bizi fəzanın qaranlıq və sərhədsiz tənhalığına ataraq, uşağı anadan, dostu dostdan ayıraraq, hər kəsi öz cığınyla vahid hədəfə - ölümə və tənhalığa yönəldir. Sevgi bu dəhşətə ziddir, sevgi bütövləşmə və qorunma aktıdır. İnsanlar fırtına zamanı dənizə düşməmək üçün əl- ələ tutduqları kimi, bədənlərimizin birləşməsi də bizi boşluğa yuvarlanmaqdan saxlayan zəncirin bir halqasıdır.