Alakbar Mammad

Alakbar Mammad
@alakbarmammad
De omnibus dubitandum.
Software Developer
Baku
Baku, 25 Eylül
45 okur puanı
Şubat 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
Deməli, belə, sizin tanıdığınız adamlardan neçə nəfəri yekə kişini qucağında oturdub butulkadan yedirtməyə hazırdır? Bu zaman təpədən-dırnağa zibilə bulaşmaq riski də var. Təəccübləndiniz? Fil sümüyündən olan elmi-tədqiqat qülləsində oturduğunuz müddətdə bunu anlaya bilməzsiniz. Bəşəriyyətdən ayrı düşməyin nə demək olduğunu haradan biləsiniz?
Edebiyat
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Bu ideyanın onun xoşuna gəlmədiyi şəksiz idi. Mən sanki öz tabutumu ölçürdüm. Professoru günahlandıra bilmərəm. O, sadəcə, başa düşmür ki, insanın özünü dərk etməsi üçün yalnız keçmişi yox, gələcəyi də vacibdir, təkcə olduğu deyil, olacağı yerlər də önəmlidir.
Edebiyat
Ancaq sən fenomensən. Əsl tamaşa oldu! Adam lap dəhşətə gəlir! Səhnədə sənin tayın-bərabərin ola bilməz. Sən səfeh və utancaq oldun. Bilirsən, elə bil böyük adam uşaq rolu oynayırdı. Sən məktəbə necə getmək, başqaları kimi ağıllı olmaq üçün necə oxuyub-yazmaq istəyindən və çoxlu başqa şeylərdən danışdın. Sən tamam başqa adam oldun... və elə hey mənimlə oynamayacağmı deyirdin, çünki anan fındıqlarını əlindən alıb, səni qəfəsə salacaq.
Edebiyat
Bu miskin bərbərxanada oturub atamın başımı sığallayaraq mənə “yaxşı oğlan” deyəcəyini gözləyərkən kənardan necə də axmaq görünürəm... Ayaqqabılarımın ipini bağlamağı, köynəyimi düymələməyi öyrənəndə onun gözləri necə də parıldamışdı... Mən bura bunun üçün gəlmişdim, ancaq başa düşdüm ki, heç nə alınmayacaq.
Edebiyat
Mən onu görürəm. Onun qorxusu sanki həqiqi deyil, o, sadəcə, qəfil yem uzadan əldən qorxan quş və ya dələ kimidir. Mən adyalın altında gizlənən Çarlini sakitləşdirmək, ona pis heç bir şey etmədiyini, anasını onu yenidən sevməyə məcbur etmək gücündə olmadığını söyləmək istəyirəm. Onda Çarli nə baş verdiyini anlamırdı, ancaq indi... mənə necə də ağırdır! Əgər keçmişə qayıtmaq mümkün olsaydı, mənə necə ağır olduğunu ona başa salardım...
Edebiyat