Məni sevindirən və qürur verən o idi ki, nəhayət, çoxdan həyata keçməsini istədiyim bir niyyətim bas tutacaqdı: Yaponiyada bir yeniliyə imza atılrdı, artıq "əyləncə" və ya "istirahət" deyəndə yalnız icki məclisi və əyyaşlıq nəzərdə tutulmayacaqdı, əyləncə və istirahət mədəni həyatla, sənət həyatı ilə birləşərək bu anlayışlara yeni məna, yeni ruh qatacaqdı.
Səhvi də, günahı da bağışlamaq olar. Amma elə əməllər var ki, insanın xarakterindəki naqisliyi aşkar edir. Əgər bu naqisliyi birində "kəşf" etdinsə, əməlini bağışlasan belə ondan həmişə uzaq durmalısan. Naqis xarakterli birindən heç kəsə fayda gəlməz, əksinə, nə vaxtsa başına fəlakət gətirər.
İndi sizə deyəcəyim şeyi bilirəm ki, başa düşmak o qədər də asan deyil, qəbul etmək qeyri-mümkündür, ancaq əgər başıma gələnləri diqqətlə dinləsəniz və məna etimad göstərsəniz, bəlkə də mənə inanarsınız. Bu isə çox önəmlidir, çünki siz heç özünüz də bilmirsiniz ki dünyada bunu paylaşa biləcəyim yeganə insansınız.
Mən düşünürdüm ki, bütün mədəniyyətlər üçün keçərli olan ortaq davranış və düșüncə formaları yaratmaq mümkün deyil. Ona gõra də bəzi ictimai davranışlar yanlış olsa belə, kökü o cəmiyyətin dünyagörüşünə söykəndiyinə görə dəyişdirilməsi çox çətindir.