Altunay Ha

Altunay Ha
@altounai
Metin yazarı
Bakü
Azerbaycan
23 okur puanı
Mayıs 2020 tarihinde katıldı
Kendi anıma
8/10
·104 syf.··
2025 2. kitabı
Basitçe durdurulmak için. Sözlerim bitmişken başlayabilirmişim gibi, ben: söyleyemediğim bir sözcüğün sesi. Bu dalgın bedene hayat getirmek için fazla sessiz burası, sözcüklerin davul sesleri kaybolup gidiyor dünyanın genişliğinde benimle birlikte, bunu bildiğim için kendime rağmen burdayım. Burası dünyaymış gibi sanki.
Duvar YazısıPaul Auster · Can Yayınları · 2021125 okunma
9/10
·224 syf.··
Beğendi
·
2024 3. kitabı
Yazıçının stolüstü kitabı olur, dizaynerin də, memarın da. Məncə, aşiqin də ola bilər. Bu kitab kimi. Eşqi yaşayan hamı bu kitabı oxumalı, hətta stolüstü kitabı eləməlidir.
Kadınsız ErkeklerHaruki Murakami · Doğan Kitap · 20255,1bin okunma
Diqqət! Bu yazıçı bağımlılıq yaradır!
Puan vermedi·568 syf.··
2024 2. kitabı
Karl Ove-un seriyasından ikincisini bitirdim. Ürəyim sıxışır. Qəti pis sıxışma deyil. İlk kitabda olduğu kimi hekayə baxımdan yenə çox xüsusi nəsə oxumadım. Buna rəğmən yazıçı üslübu ilə, açıqlığı ilə adamı elə təsirə salır ki dəhşətə gəlirəm. Elə bil indi kənardan mənə, bu halıma baxıb gülür. Mənim xüsusiliyim bundadı deyir. Ağlının bir yerlərində həmişə qalacam deyir. Üzünə baxıb gülümsəməkdən başqa çarəm yoxdu.
Aşık Bir AdamKarl Ove Knausgaard · Monokl Yayınları · 2016256 okunma
Bu, hamının "Kavga"sıdır.
10/10
·492 syf.··
Beğendi
·
2023 21. kitabı
Karl Ove Knausgaard “Kavgam” seriyasında eşq, ölüm, ailə kimi heç kimin həyat çərçivəsinin kənarında qalmayan mövzulardan danışır. Amma elə-belə danışıq deyil bu. Detallıca, dərinə gedərək danışır.
KavgamKarl Ove Knausgaard · Monokl Yayınları · 2025603 okunma
Görünüşte yürüyor, içindense son hızla koşuyordu
9/10
·144 syf.··
2023 19. kitabı
İki dost: Biri bəstəkar Clive, digəri mətbuatda baş redaktor Vernon. Uzun zaman sonra onlar köhnə sevgililəri Molly-nin cənazəsində görüşürlər. Bu cənazədən sonra hər ikisinin həyatında və əxlaqi tutumlarında dəyişikliklər baş qaldırır. Molly-nin özü dünyadan ayrılsa da, ölümü köhnə sevgililərini bir araya gətirir. Təkcə Clive ilə Vernon-u yox, başqalarını da. Bu birləşmə ilə hekayə yeni çalarlar qazanır, oxuduqca həyəcanlandırır, əsəbiləşdirir, gözlənilməz sonluğu ilə də xeyli təəccübləndirir. Oxuduğum bir çox romanda hadisələr səbəb-nəticə əlaqəsi ilə qurulub. Burada bir az fərqlidir. Əvvəlcə nəticəni görürsən, sonra səbəblər açılır. Hər bölüm səni belə şoka salır. Xarakterlər oxuduqca içində böyüyür. Bir bölümdə oxuyub söydüyün obrazı, ikinci bölümdə başa düşürsən. Roman üçüncü şəxsdən yazılsa da, daxili və xarici məsələlər o qədər real alınıb ki, xarakterlərin hekayəsinə sanki onların dilindən yazılan mətnlə şahidlik edirsən. Yəni birinci şəxslə. Daha çox daxili münaqişə ilə, fiziki bir qarşıdurma olmadan Ian Mcewan qəşəng bir duello yazıb. Buradan ona minnətdarlığımı bildirir, külliyyatını da bitirməyi hədəfləyirəm. Beləcə şəxsən özünə edə bilməsəm də, uzaqdan bir yerdən ona təşəkkür də etmiş olaram
Amsterdam'da DüelloIan McEwan · Yapı Kredi Yayınları · 2019536 okunma