İmam Hüseynin (ә) işi bir iynә ucu qәdәr dә qatqısı olmayan işlәrdәndir. Mәhz buna görә, bu xalis mәhsul indiyәdәk qalmış vә әbәdi olaraq qalacaqdır. Bu qrup o sәhrada qәrib şәkildә öldürüldükdәn, bәdәnlәri orada dәfn olunduqdan, onların әleyhinә bu qәdәr tәbliğat aparıldıqdan vә tar-mar edildikdәn sonra, şәhid olduqdan sonra, Mәdinә şәhәrinә od vurub - Hәrrә hadisәsi sonrakı ildә baş verdi - bu gülüstanı alt-üst vә onun güllәrini lәçәk-lәçәk etdikdәn sonra kim inanardı ki, bir dә kimsә bu gülüstandan gülab әtri duyacaq?! Hәmin gülüstanın bir gülünün bu tәbiәt alәmindә qalması hansı tәbii qayda ilә uyğun gәlir?! Lakin siz görürsünüz ki, zaman ötdükcә o gülüstanın әtri dünyaya daha çox yayılır. Peyğәmbәrin (s) Hüseyn ibn Əlinin (ә) babası olduğunu vә onun öz babasının yolunu davam etdirdiyini
qәbul etmәyәn şәxslәr dә Hüseyni (ә) qәbul edirlәr; atası Əlini (ә) qәbul etmirlәr, lakin onu qәbul edirlәr; Allahı qәbul etmirlәr, Hüseyn ibn Əlinin (ә) Allahını qәbul etmirlәr, lakin Hüseyn ibn Əlinin (ә) qarşısında hörmәt bildirirlәr. Bu
sözügedәn ixlasın nәticәsidir.