Payız adamın notları #5 | Sevinc və Kədər
🍁 Sənin sevincin və kədərin böyüyəndə bütün dünya kiçilir. Hərçənd bu dünyada yalnız sevinc və xoşbəxtlik axtaranlar, həyatın həm acılı, həm də sevinc dolu olduğunu unudurlar. Bu həyatın təbiətidir. Bu, həmçinin, insanın da təbiətidir. Bizlər bəzən dərin yaralar alarıq. Həyata üsyan edərik. Halbu ki, bu yaralardır bizi xoşbəxtliyə hazırlayan. Bəzən böyüyüb inkişaf etməkdən qorxar insan. Kədər onun evinin divarlarını uçuranda məyusluğa və ümidsizliyə qərq olar. Zira, kədərin açdığı bu yaralar bizə işığın və aydınlığın daxil olması üçün deyilmi? Kədər sizin daxilinizdə sevinc üçün yer hazırlar. Dərin ağrılar duyduğunuzda onların şəfqət bağçanızı abadlaşdırdığını unutmayın. O sizin saralmış yarpaqlarınızı qəlbinizin budaqlarından silkələyir ki, yerinə təzə, yaşıl yarpaqlar gəlsin. Siz öz qəlbinizi sevincə də, kədərə də açıq saxlayın. Çünki onlar sizin sevgi və müdriklik axtarışınızda həyatdakı ən güclü dostlarınızdır. Həyatınız iztirab və acılarla dolanda, onlara gülümsəyin, çünki sizin varlığınız iztirablarınızdan daha böyükdür! Unutmayın ki, kədərin apardıqlarını həyat bir başqa formada sizə geri gətirəcək ki, xoşbəxt olasınız! 🍁
Payız adam
Payız adam
Nağıllar aləmindəyəm.Əfsanələr uydururam - divlər,əjdahalar,sevgi, sədaqət...Sonra öz uydurduqlarıma inanıram.Bəlkə də,bu əfsanələrdə uydurma qədər,həqiqətin də payı var.Həyat bəzən təxminlərdən ibarət olmağı bacarır.Biz özümüz də, kimlər üçünsə,hətta,bəzən özümüz üçün belə,bir təxmindən ibarətik.Sadəce inan və yaşa...
Geri199
1.000 öğeden 991 ile 1.000 arasındakiler gösteriliyor.