"Heydərbabaya salam"- M.Şəhriyar ~...Qarı nənə gecə nağıl deyəndə, Külək qalxıb qapı-bacanı döyəndə, Qurd keçinin Şəngülüsün yeyəndə, Mən qayıdıb bir də uşaq olaydım, Bir gül açıb ondan sonra solaydım... ~...Həci xala çayda paltar yuyardı, Məmmədsadıx damlarını suvardı, Heç bilməzdik dağdır, daşdır, divardır, Hər yan gəldi, şıllaq atıb aşardıq, Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq... ~...Aşıq deyər bir nazlı yar var imiş, Eşqindən odlanıb yanar var imiş, Bir sazlı, sözlü Şəhriyar var imiş, Odlar sönüb, onun odu sönməyib, Fələk çönüb, onun çarxı çönməyib... ~...Heydərbaba alçaqların köşk olsun, Bizdən sonra qalanlara eşq olsun, Keçmişlərin gələnlərə məşq olsun, Övladımız məzhəbini danmasın, Hər içiboş sözlərə aldanmasın!
Oxu, sevdiciyim
Oxu, sevdiciyim, öz həvəsinlə! İlham qanadlanır sənin səsinlə. Nəğməndə oynasın sellərin səsi, Dan yerindən əsən yellərin səsi. Gülləri qoxlayan bir ruzgar kimi, Qumları oxşayan dalğalar kimi Titrəyən, çağlayan nəğmən olaydım, Ürəyindən qopan səs mən olaydım, Oxu! Qüvvət gəlsin şe`rə, sənətə, Könlümün quşunu gətir heyrətə! Nə qədər bənzəyir, vardım fərqinə, Ömrümün ahəngi sənin şərqinə. Ürək kövrəkləşir sən oxuyanda, Sən də dinləsəydin mən oxuyanda! Oxu, sevdiciyim, öz həvəsinlə! İlham qanadlanır sənin səsinlə! 🌷
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Reklam
Derde Deva Randevu 10: Bu Niçe'nin ilk ölümü değil...
💐💐💐 N. ➡️
Friedrich Nietzsche
Friedrich Nietzsche
C. ➡️
Caner the CahilBender ✰
Caner the CahilBender ✰
Deniz ➡️ @DeNietzsche Nietzsche macerası burada biter bana yardımlarıyla emeği geçen başta Deniz olmak üzere tüm 1000k arkadaşlarıma teşekkür ederim. NOT: Metnin altındaki Notu okumadan geçmeyin! N: Hèrr Caner kendimi kötü hissediyorum o zaman da böyle hissetmiştim. Demek ki neymiş, her İnsan kendi
Gözümü hüsnündən çəkə bilmirəm De, niyə salmısan məni bu hala?! Sənsiz sevinmirəm, sənsiz gülmürəm Qəlbim elə coşur, desəm nə ola: Dönüb divarında bir daş olaydım. Əbədi səninlə sirdaş olaydım.
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Kaş ki bir sənətkar dərzi olaydım, Paltarlar tikərdim dizdən aşağı. İşimlə keçmişi yada salaydım, Çılpaq görünməzdi qadın ayağı. Alverçi olaydım, bazara örnək, O vaxt aldatmazdım heç bir insanı. O biri yalançı alverçilərtək, Mən pula satmazdım təmiz vicdanı. Mən cərrah olaydım, önümdə xəstə, Edərdim kasıba xüsusi yardım. Kiçik əməliyyat masası üstə, Çirkli vicdanları kəsib atardım. Mən bənna olaydım, gedib dərinə, Ölənə tökməzdim qəmgin göz yaşı. Ölən insanların qəbirlərinə, Tikməzdim mərmərdən parlaq baş daşı. Müəllim olaydım millət xətrinə, Elmlə savadla düşəydim səsə. Uç qiymət yazmazdım rüşvət xətrinə, Tələbə adını daşıyan kəsə. Mən molla olaydım, qılıb namazı, Səhv etsəm deyərdim yolumu azdım. Çox şey etməsəm də, bilin, ən azı, Quranı pul ilə heç oxumazdım. Mən bağban olaydım, baxdığım bağa, Ətirli, tikansız güllər əkərdim. Mən rəsam olaydım bəyaz varağa, Dünyanı büsbütün rəsmin cekerdim Mən bir süpürgəçi olaydım gərək, Məni cəlb etməzdi təkcə öz dərdim. Başqa dərdliləri başa düşərək, Dərdli ürəklərdən dərd süpürərdim. Mən varlı olaydım, axı bir kərə, Bu pulu saymazdım müqəddəs varlıq. Anasız, atasız, ac yetimlərə, Edərdim daima himayədarlıq. Mən körpə olaydım, ikinci dəfə, Böyüyb yenidən gəzəydim yerdə. Bu yaşa dolaydım, ikinci dəfə, Etdiyim səhvləri etməzdim bir də. Daha bundan belə haqq yolu gedək, Bilinsin yolumuz qoy açıq, aydın. Vaxtında insanla insanlıq edək, Sonra deməyək ki, insan olaydım.
"N'ideydim zülf-i leylâyı n'ideydim çeşm-i şehlâyı N'ideydim başka sevdâyı sana sûzân olaydım yâr."
Reklam
25 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.