Ashur

Ashur
@ashurs_
99 okur puanı
Aralık 2022 tarihinde katıldı
Görüşərik, Mart
10/10
·517 syf.··
2024 1. kitabı
·
10 günde okudu
·
Okunma: 14 Mayıs 2024 19:57
İlk kitab analizimi Martin Eden'lə edəcəyimi düşünməzdim. Özümdən analiz etməklə bağlı heç bir gözləntim yoxdu, sadəcə kitabı oxuyanda yaranan düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Başlamazdan öncə spoilerin olacağını qeyd etməkdə fayda var. Spoilersiz yaza bilmərəm çünki:) Martin Eden, Jack London'un oxuduğum ikinci kitabıdı ( Kızıl Veba ) məncə. Normalda səbrsiz biri olduğum üçün qalın kitablara üstünlük verən biri deyiləm, amma bu kitab çox axıcı olduğuna görə oxuya bildim. Gündə 50 səhifə, çox da oxuya bilərdim, amma bir az da yavaşlamağı seçdim. Jack London'nun imzasını daşıyan bu yarı avtobioqrafik əsərə nəzər saldıqda yazıçının Martin Eden'lə ortaq yanlarını görmək məni həm həyəcanlandırdı, həm də daha diqqətli oxumama səbəb oldu. Levent Cinemre'nin tərcüməsi və sondakı əlavə qeydlər kitabı daha da maraqlı bir hala gətirib. Belə ki, əsər Martin Eden adlı işçi sinifindən olan bir gəncin burjua ailəsi ilə tanış olması ilə başlayır. Bu insanların dünyasına ilk dəfə daxil olan Martin onları gözündə yüksək yerə qoyub öz çevrəsindəki insanlardan fərqləndiklərini düşünürdü. Ailənin qızı Ruth'a olan heyranlığı və sevgisi ona başqa bir dünyanın qapılarını aralayır. Bu dünya şeirlərdən, kitablardan ibarət bir dünya idi. Onlardan nə fərqi var idi axı Martin'in, o da istədiyi hər şeyi edə bilərdi. Gecə-gündüz kitab oxuyan, oxusa da anlamadığı kitabların sirrini açmağa çalışan, bir yandan da işləyən bu gənc Ruth'a görə hər şeyi etməyə hazır idi, çünki onu sevirdi. Bir bölmədən o biri bölməyə keçdikcə Martin'in əzmkarlığı məni heyran etməyə başlamışdı. Əsərin davamının necə olacağından xəbərsiz olan mən Martin'ə bir yandan heyran olur, bir yandan da əsərlərinin qiymətlənib qiymətlənməyəcəyini səbrsizliklə gözləyirdim. Hamı onu daimi, masabaşı işlərə uyğun görərkən öz yolunu cızmağa
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,8bin okunma