Adını görüb çox həvəslə aldığım, hətta 1000kitap'a da mənim əlavə etdirdiyim, başlamaq üçün imtahanlarımın bitməsini gözləyib, daha ortalarında xəyal qırıqlığı yaşadığım bir kitab. Şərhə başlamadan öncə (zatən olduqca qısadır) mövzu haqqında bir az məlumat verim:
Əsər Feliks Ventura adlı albinosun yaşadıqları, xüsusilə də, məşğul olduğu qeyri-adi peşə ilə əlaqəlidir. Belə ki bu şəxs insanlara fərqli keçmişlər satır. Əslində isə, tək etdiyi lazım olan sənədlər vasitəsilə onların hər hansı məşhur, tarixdə iz qoymuş bir şəxsin nəslindən gəlmiş olduğunu göstərməkdən ibarətdir. Biz isə bütün bunları evin bir küncündə səssizcə yaşayaraq hər şeyə şahid olan bir gekkonun dilindən oxuyuruq.
Əvvəldə də qeyd etdiyim kimi, kitabda diqqətimi ilk cəlb edən şey adı və üstündə yazılmış "Satılsaydı, siz hansı keçmişi alardınız?" cümləsi oldu. Lakin mənə qalsa, nə başlıq, nə də bu cümlə mövzunu əks etdirir. Kitabın başlarında təsvir olunan albinosun həyatı, fikrimcə, sıxıcı davam edir. Əsər boyunca hekayəyə bir neçə obraz daxil olur və onların gəlişi ilə hekayə bir az daha "rənglənməyə" başlayır. Əvvəldə bu şəxslərin kitabda çox da önəmli yer tutmadığı kimi bir fikir formalaşsa da, sonrasında bəzi hadisələr məhz onların ətrafında dönməyə başlayır. Bəlkə də, çox böyük gözlənti ilə başladığımdan, Feliks Venturanın həyatı, gördüyü iş, digər obrazlarla münasibəti mənim üçün elə də maraqlı olmadı. Obrazların bəzi davranışlarına isə sona qədər anlam verə bilmədim, hətta sonda da çox mənalı gəldiyini deyə bilmərəm. Əlavə olaraq, gekkonun baş verənlərdə çox da əhəmiyyətli yer tutmaması, amma sadəcə onun yuxularından ibarət olan bəzi bölümlərin olması əvvəldə bir qədər qəribə gəldi. Yenə də kitabı bütün hadisələri sadəcə özünə görə qiymətləndirən bir əsas obraz tərəfindən deyil, hadisələrdə