... Hörmətli cənab, kasıblıq ayıb deyil - bu bir həqiqətdir! Amma hörmətli cənab, yoxsulluq ayıbdır.
Kasıblıqda siz hələ də fitri hisslərinizin nəcibliyini mühafizə edirsiniz, yoxsulluqda isə heç kəs heç vaxt bu hisslərin nəcibliyini mühafizə edə bilməz...
Kasıblıq ayıb deyil - bu, həqiqətdir. Amma, hörmətli cənab, səfillik ayıbdır. Səfalət elə şeydir ki, insan özünü hamıdan qabaq təhqir etməyə hazır olur.
Eh, Arkadi Nikolayeviç, görürəm ki, sən də məhəbbəti bütün yeni cavanlar kimi başa düşürsən: ay toyuq gəl, elə ki, toyuq yaxınlaşdı - asta qaçan namərddir. Mən belə deyiləm. Ancaq daha bu barədə danışmaq bəsdir. Bir şeyin ki, çarəsi yoxdur, o barədə danışmaq da ayıbdır.
Niyə İngiltərədə elə düşünürlər ki, sevgidən danışmaq ayıbdır ? Bəli, siz madmazel Floranı sevirsiniz və bunu bütün dünyadan gizlətməyə çalışırsınız. Yaxşı, qoyun bu belə olsun. Ancaq məndən sizə məsləhət: bunu madmazelin özündən gizlətməyin.