20 dənə kitabı eyni anda oxumağa çalışan mən axır ki bu gün Markezin Qırmızı Bazar ertəsi kitabını qutardım. Bu, Markez əmidən ikinci kitab idi. O biri umumiyyətlə insan içinə çıxılası kitab deyil, burda paylaşam. Zalım oğlu zalım düz əməlli ad qoy da kitaba. Bu kitaba da “Chronicle of a Death Foretold” kobudca tərcümə eləsək- əvvəlcədən bilinən bir cinayətin xronikasi -adını qoyub amma nə hikmətdirsə adı “ kırmızı pazertesi “ deyə tərcümə olunub. Yəqin tərcümə edənlər deyib ki, a kişi bunun kitablarının adı raxvatlı olmur, ora “almadan heyvadan şənbədən bazardan” yaz, ad yeri boş qalmasın.
Bu roman, Markezin böyüyüb başa çatdığı bir qəsəbədə baş vermiş real hadisələr əsasında qələmə alınıb. O, bu hadisələri müşahidə eləyəndə hələ uşaq imiş. Birinci, anası deyib, bala, etmə eyləmə, sən bizi yandıracaqsan. Imkan ver oturaq oturduğumuz yerdə. Yazma, ayıbdır, kənd əhalisindən. Markez də mamasına qulaq asır. 40-50 il gözləyib, hekayədə adı keçən yurddaşlarlrı rəhmətə gedəndən sonra yazıb romanı. Özü də deyir ki, ən bəyəndiyim romanım budur.
Roman heqiqətən maraqlı idi. Onu fərqli edən şey, kitab başlayan kimi sonunda ne olacağını bilməyim idi. Amma yazarın qabilliyyəti də elə burada üzə çıxır. Hadisələri elə qəşəng ipə düzüb ki, adama lap xoş gəlir. Kitabın sonunu əvvəldən demək, ətli yemək yeyəndə əti lap birinci yeməyə oxşayır, amma yeməyin özü görün necə dadlı olmalıdır ki, əti lap birinci yediyinə görə peşmanlıq çəkmirsən.
Bəzi yaşayıcılarımız belə kitab analizlərində kitabın bütün hadisələrini yazır doldurur, bəlkə mən də əvvəl yazmışam, bilmirımə yadımdan çıxıb. Amma daha yazmayacam elə, bəlkə məndən sonra kimsə oxumaq istəyəcək o kitabı, niyə marağını öldürüm ki.
Buranı onsuz kitabı açan kimi biləcəksiniz, birinci baxanda bəsit bir namus söz-söhbəti kimi görünən