ayl

Puan vermedi·416 syf.··
2025 4. kitabı
·
8 saatte okudu
·
Okunma: 14 Mayıs 2025 23:10
Bu dəfə seçdiyim kitab Söylenmemiş Sözler oldu. Bu romanı dinlədim və səsləndirmə işini görən Erdem Akakçe obrazlara sanki can verdi. Hər bir qəhrəmanın hisslərini, daxili dünyasını və yaşadığı həyatın ağırlığını səsləndirmə ilə o qədər uyğun şəkildə çatdırdı ki, dinləyərkən özümü hadisələrin içində hiss etdim. Kitabda yarımçıq qalmış bir sevgi, acı ilə böyüyən uşaqlıq illəri, ailəsindən ayrı düşüb özünə yeni həyat qurmaq məcburiyyətində qalan insanlar var. Bütün bu qırıq parçalar zamanla bir araya gəlir və hekayənin içində gözəlləşərək tamamlanır. Obrazlar – Nona, Oktay, Filiz, Zeynəb, Kenan – o qədər canlı və real təsvir olunub ki, onları sanki həyatda tanıyırmışam kimi hiss etdim. İclal Aydın bu romanında da bir çox insanın içində gizli saxladığı, amma səsləndirməyə cəsarət etmədiyi duyğuları, qorxuları və boşluqları incəliklə yazıya köçürüb. Bəzən bir cümlə ilə insanın içində gizlənmiş bir hissi açıq şəkildə dilə gətirir. Bu onun qələm gücüdür. Söylenmemiş Sözler yalnız bir sevgi hekayəsi deyil. Bu, travmaların, ailə bağlarının, itkilərin və yenidən qurulma gücünün hekayəsidir. Hər bir dialoqda, hər bir səhnədə həyatın başqa bir reallığı var. İtirilmiş zamanlar, deyilməmiş sözlər, boynuna alınmamış duyğular… – hamısı bu romanın içində var. Dinlədiyim müddətdə səsli güldüyüm, kövrəldiyim, düşüncəyə dalıb dayandığım anlar oldu. İclal Aydın bunu bacarır – insanın ruhuna toxunmağı. Söylenmemiş Sözler romanını tərəddüdsüz oxuyun – ya da dinləyin. İçində özünüzdən bir parça tapacağınıza əminəm.
Söylenmemiş Sözlerİclal Aydın · Artemis Yayınları · 20212,233 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!

ayl

, bir kitap okudu
Puan vermedi·416 syf.··
8 saatte okudu
·
2025 4. kitabı
İclal Aydın
8.7/10 · 2.233 okunma
Puan vermedi·240 syf.··
2025 3. kitabı
·
6 günde okudu
·
Okunma: 30 Nisan 2025 11:53
Bu kitabda yalnız başqa bir ananın deyil, mənim də iç dünyamın əks-sədasını tapdım. Hər səhifəni tələsmədən, dərin-dərin düşünərək oxudum. Hər cümlə, içimdə basdırdığım duyğuları üzə çıxartdı, yaddaşımın dərinliklərində gizlənmiş xatirələrlə məni qarşı-qarşıya qoydu. Mənim hekayəm oğlum dünyaya gəlməmişdən əvvəl başlamışdı. Mən artıq o vaxt çox dəqiq bir qərar vermişdim: Yaxşı ana olacağam. Qırmadan, əzmədən, yox saymadan… Sevgi ilə, hörmətlə, anlayışla… Keçmişdə nə yaşamış olsam da, bunu övladıma daşımaq istəmirdim. Onun üçün təmiz, sağlam, sevgi dolu bir başlanğıc yaratmaq istəyirdim. Bu qərarla son 7 il ərzində çox sayda psixoloji kurslara qatıldım, fərqli sahələr üzrə təlimlər aldım – mindfulnesdən tutmuş klinik psixologiyaya, travma, valideynlik və fərdi inkişaf mövzularında öz üzərimdə çalışdım. Çünki bilirdim ki, uşaqları böyüdən yalnız əllərimiz deyil, daxili dünyamızdır. Bir Annenin Terapi Yolculuğu isə bu prosesdə mənim üçün bir dönüş nöqtəsi oldu. Kitabdan bu cümlə qəlbimdə dərin iz buraxdı: “Bir anne ancak kendisine yapılan annelik kadar annelik yapabiliyordu.” Bu cümlə məni durdurdu və düşündürdü. Bu dövrəni qırmağa çoxdan qərar vermişdim, amma hələ də içimdə daşıdığım yaralar var idi. Bu anlayış isə mənə həm yumşaqlıq, həm də özümə qarşı şəfqət hissi gətirdi. Bir başqa cümlə isə məni çox kövrəltdi: “Annesinin kucağına, sevgisine, bağrına doymayan kız büyüyünce dikenli olmuş, annesiyle hep çekişmişti.” İçimdəki o tikanlı qız hələ də var idi – özünü qorumağa çalışan, anlaşılmaq istəyən o qız… Amma indi onu yalnız ittiham etmirəm, anlayıram da. Bu anlayış isə həm öz anamla, həm də analığımla münasibətimə fərqli bir nöqtədən baxmağı öyrətdi. Bu gün oğluma baxarkən bilirəm ki, o mənim üçün ən gözəl dəyişiklik fürsətidir. Onunla birlikdə mən də
Terapi GünlükleriBetül Demirkıran · Gün Yayıncılık · 2019127 okunma
Seyir _Piraye
Puan vermedi·408 syf.··
2025 2. kitabı
·
9 günde okudu
·
Okunma: 24 Nisan 2025 22:31
Seyir – Piraye Bu kitab məndə elə dərin izlər və gözəl hisslər buraxdı ki… Oxuduqca öz yolumu gördüm, bu yolda qarşılaşdıqlarımı və öhdəsindən gəldiklərimi xatırladım. Mayanın Ma vasitəsilə çıxdığı yolun sonunda özünü tapması, düşüncələrini ayırd edə bilməsi və içindəki səsi dinləyə bilməsi məni çox təsirləndirdi. Amma məni ən çox təsirləndirən hissə insanın öz məsuliyyətini daşımasının əhəmiyyəti oldu. Kitab boyunca Maya bir çox şeylə üzləşir, bəzi yerlərdə bu üzləşmələr sanki insanın üzünə dəyən bir sillə kimi hiss olunur. Mənim üçün də həmin sillə bu idi: Məsuliyyəti sən daşımalısan, başqası yox. Doğrudan da, insan yalnız öz məsuliyyətini daşıdıqda özü ola bilir. Və yalnız bu halda özünə dönə bilir. Bu kitabda özümü bir çox yerdə tapdım. Oxuduqca bu mənəm dedim. Məhz belə kitabları sevirəm: Hər səhifəsində bir az daha özümə yaxınlaşdığım, içimə dönə bildiyim kitablar… Mayanın anlatdıqları mənim də beynimdə olan bəzi suallara, enə bilmədiyim, bəlkə də enməkdən qorxduğum hissələrə yaxşı gəldi. İçimdə bir ümid filizi cücərdi. Hər şey düzələcək, yetər ki, inan, yetər ki, aldığın nəfəsin dəyərini bil. Özünü tapmaq istəyən hər kəsə tövsiyə edirəm.
Psikoloji
SeyirPiraye · Mona Yayıncılık · 202115,2bin okunma